"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin yaranma tarixi


"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) 22 fevral 2008-ci il tarixli ümumi yığıncağında təsis edilmişdir.

Birliyin fəaliyyətinin əsas məqsədi

Birliyin fəaliyyətinin əsas məqsədi Azərbaycanda yaşayan bütün kateqoriyadan olan əlillərin hüquqlarının qorunmasından, həyat şəraitlərinin və yaşayış səviyyələrinin yüksəldilməsindən, beynəlxalq əlil ictimai birlikləri və digər təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması yolu ilə onların dünyaya inteqrasiyasına nail olmaqdan ibarətdir.

Birliyin qarşıya qoyduğu məqsədə nail olmaq üçün müəyyən olunmuş vəzifələri
- əlil insanların hüquq və əsas azadlıqlarının müdafiə edilməsi;
- Manitorinqlərin aparılması yolu ilə əlilliyin meydana gəlmə səbəblərinin araşdırılması və əlilliyin qarşısının alınması ilə bağlı təkliflərin hazırlanması;
- əlilliyin dərki ilə bağlı sosial, psixoloji münasibətlərin öyrənilərək təhlil edilməsi və bu sahədə maarifçilik işinin həyata keçirilməsi;
- əlil insanların, xüsusən də uşaq, yeniyetmə və gənclərin yaxşı yaşamaları, asudə vaxtlarını səmərəli keçirmələri, təhsil almaları, müalicə keçmələri üçün Azərbaycanın müxtəlif bölgələrində reabilitasiya, təhsil, sağlamlıq və əyləncə mərkəzlərinin təşkili barədə təkliflərin verilməsi;
- əlillərin problemləri ilə bağlı milli və beynəlxalq konfranslar, seminarlar, treninq kursları keçirmək;
- əlil insanların istehlakçı hüquqlarının qorunması;
- cəmiyyətdə əlil insanlara münasibətdə hüquq mədəniyyətinin artırılması istiqamətində təbliğat işinin aparılması;
- əlil insanların yaşayış şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edilməsi;
- əlil insanların və onların ailə üzvlərinin işlə təmin olunmalarına kömək göstərilməsi, onlara təmənnasız olaraq sənət öyrədilməsinin və ya peşə yönümünün dəyişdirilməsinin təşkil edilməsinə kömək göstərilməsi;
- Azərbaycan dövlətçiliyi və onun ərazi bütövlüyünün qorunmasında şəhid olmuş insanların xatirəsinin ədədiləşdirilməsi üçün müxtəlif ictimai-mədəni tədbirlərin həyata keçirilməsi;
- Azərbaycanda, eləcə də xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan və müxtəlif səbəblərdən əlil olmuş soydaşlarımızla davamlı əlaqələrin yaradılması, onlar arasında milli təhlükəsizlik ideyalarının və ümumbəşəri dəyərlərin təbliğ edilməsi;
- əlil insanların problemlərinin həlli ilə əlaqədar müxtəlif proqram və layihələrin hazırlanıb həyata keçirilməsi;
- əlil uşaqlar, yeniyetmə və gənclər arasında zərərli meyllərə qarşı maarifçilik işinin aparılması;
- gənc əlillərin vətənpərvərlik ruhunda böyümələri, cəmiyyətə reabilitasiya olunmaları və təhsil almalarına qanunvericiliyə uyğun olaraq kömək etmək, orta ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində vətənpərvərlik və dövlətçiliyimizin qorunması ilə bağlı görüşlərin keçirilməsi və bu işə ziyalıları, elm xadimlərini cəlb etməklə dövlətçilik, qanunculuq, humanizm və ədalətlilik ideyalarina, vətənpərvərlik və xeyirxahlıq hisslərinə sadiqliyin təbliğ edilməsi;
- beynəlxalq idman və yaradıcılıq yarışlarının, musiqi festivallarının təşkil edilməsi və ya belə yarışlarda iştirak edilməsi;
- könüllülər cəlb etməklə əlil insanlara sosial-məişət və digər xidmətlərin göstərilməsi;
- milli mənsubiyyətindən asılı olmayaraq, qayğıya ehtiyacı olan tənha və kimsəsiz əlilləri, ahılları, imkansız insanları himayəyə götürməklə onlara maddi və mənəvi dəstək olmaq, bu qəbildən olan insanların müxtəlif mərasimlərinin təşkil olunmasına imkan daxilində yardımçı olmaq və bu işə xeyriyyəçi iş adamlarının cəlb edilməsi;
- əlillik problemlərinin həllinə yönəlmiş müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsi;
- əlillər üçün avadanlıqların alınması, kompyuter kurslarının və digər zəruri kursların açılması;
- əlillərin beynəlxalq əməkdaşlığında xaricdəki əlil ictimai birliklərinin təcrübələrinin öyrənilməsi və əldə olunmuş səmərəli iş təcrübəsinin yayılması;
- mütəmadi olaraq kütləvi informasiya vasitələrində əlillərin problemləri və onların həlli yolları barədə məsələlərin işıqlandırılması;
Birlik yuxarıda göstərilənlərdən əlavə bu Nizamnamənin məqsədindən irəli gələn digər vəzifələri də həyata keçirmək hüququna malikdir.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA