PRESS-RELİZ
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 01 aprel 2013-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dəstək Şurasının dəstəyi ilə “Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki, xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə həyata keçirmişdir.
Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə cəzaçəkən müharibə, şəhid ailəsi və ümumi səbəbdən əlil olmuş məhbusların həmçinin onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir.
Bizim fikrimizcə, əlil məhbusların cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradır.
Ümidvarıq ki, bu layihənin həyata keçirilməsindən sonra əlil məhbusların ailə üzvlərinin sosial problemlərinin həllinə dəstək artacaq, dövlətin bu sahədə qəbul etdiyi qanunlar və qərarlar yerlərdə layiqincə icra ediləcəkdir.
Nəzərinizə çatdırırıq ki, layihənin müddəti 01.08.2013-cü ildə başa çatır.
25 iyul 2013-cü il tarixində saat 12.00-da Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi-32 ünvanında yerləşən SƏS İnformasiya Agentliyində layihənin nəticələri və yekununa həsr edilmiş Mətbuat Konfransı keçiriləcəkdir.
Mətbuat Konfransında dövlət və beynəlxalq təşkilatlarının, ictimaiyyət, KİV və QHT-lərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.