PRESS-RELIZ
01 aprel 2012-ci il tarixindən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihənin əsas məqsədi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir.
Layihə 2012-ci il aprel ayının 1-dən iyul ayının 1-dək davam edəcək.
Maraqlanan şəxsləri həmin layihənin təqdimat mərasiminə həsr olunmuş Mətbuat Konfransına dəvət edirik.
Mətbuat Konfransı 17 aprel 2012-ci il tarixində saat 12.00-da “Səs” İnformasiya Agentliyində keçiriləcək. Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi-32.
Mətbuat Konfransında dövlət təşkilatları, ictimaiyyət, KİV və QHT-lərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.