Böyük Şərqi Yaponiya zəlzələsinin birinci ildönümü
Yaponiyanın Azərbaycandakı səfiri cənab Şusuke Vatanabenin dəvəti ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev 30 mart 2012-ci il tarixində Böyük Şərqi Yaponiya zəlzələsinin birinci ildönümü münasibəti ilə faciə qurbanlarının xatirəsini yad etmək və Yaponiyaya dəstək göstərmiş Azərbaycan xalqına Yaponiya Hökumətinin səmimi minnətdarlığını bildirmək məqsədilə Səfirliyin iqamətgahında təşkil edilmiş “Aşıq yenidənqurmaya doğru” adlı ziyafət məclisində iştirak etmişdir.