GÜL BAYRAMI


Bu gün “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti “Xəzər” Universitetinin təşəbbüsü ilə birgə Universitetin binasında Gül bayramı münasibətilə İctimai Birliyin üzvü, 1-ci qrup əlil Ümid Cümşüdovun əl işlərindən ibarət böyük bir satış-sərgi təşkil edilmişdir. Sərgidə Ümidin dekorativ sənəti üzrə muncuq və təbii bitkilərlə işlədiyi müxtəlif mövzularda, ən çox da güllərə, çiçəklərə həsr edilmiş 10-larla əsərləri nümayiş olunmuşdur. Sərgi tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır. Universitetin rektoru Hamlet İsaxanlı özünün “Ziyarət” adlı şerlər kitabını Ümidə hədiyyə etmiş, ona böyük uğurlar arzulamışdır. Hamlet müəllimlə söhbətimiz zamanı o bildirmişdir ki, bu tədbirin Universitetin əməkdaşı Nana xanım Kələntərlinin böyük zəhməti olmuşdur. Sədr Tahir Xudiyevlə birgə İctimai Birliyin 50-yə yaxın üzvü, Universitetin tələbə və müəllim heyəti sərgiyə tamaşa etmişdir. Tədbir Universitetin tələbələrinin ifasında musiqili-bədii hissə ilə başa çatmışdır. Sərgidə ümidin bir çox əsəri də satılmışdır.

Nəzərinizə çatdırmaq istəyirik ki, bu Ümidin ilk sərgisi deyil. Bundan əvvəl 2011-ci ildə Tahir Xudiyev müqəddəs Qurban bayramı münasibətilə Ədliyyə nazirinin müavini, nazirliyin penitensiar xidmətinin rəisi, general-mayor cənab Mədət Quliyevin razılığı ilə PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev və Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan xanım Tahirovanın təşkilatçılığı ilə 11 saylı Cəzaçəkmə Müəssisəsində Ümidin əl işlərindən ibarət sərgi təşkil edilmişdi. Sərgi məhbuslar tərəfindən böyük maraqla izlənmiş və onların sevincinə səbəb olmuşdur. Məhbuslar öz əl işləri olan nərd taxtasını Ümidə hədiyyə etmişlər.
Qeyd etmək istəyirik ki, Ümidin daha bir sərgisini Bakıda keçiriləcək “Evrovision-2012” Mahnı müsabiqəsi zamanı Milli Parkda keçirmək də nəzərdə tutulub.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA