Əlil məhbusların problemlərinin həllinə ictimai dəstək


“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə həyata keçirir.

Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir.

Bu yaxınlarda İctimai Birlik layihə çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı şəhərində yerləşən 14 saylı Cəza Çəkmə Müəssisəsində cəzaçəkən məhbuslarla görüş keçirmişdir. Görüşdə İB-in üzvləri, Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin inspektoru, ədliyyə baş leytenantı Əli Nəbiyev, 4 saylı CÇM-nın əməkdaşları, Tərbiyə işi üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Natiq Hacıyev, Baş həkimi Rəşad Hüseynov, CÇM-da cəzaçəkən 600 nəfər məhbus iştirak edirdi. Məhbuslardan 14 nəfəri əlil idi.

İB-in sədri Tahir Xudiyev çıxış edərək layihə barədə ətraflı məlumat verdi, onun məqsədlərini açıqladı. Məhbusların sosial hüquqlarının qanunvericiliyə uyğun həyata keçirilməsi haqqında maarifləndirmə işləri aparmış, onların suallarını cavablandırılmışdır.

Əlil məhkumlarla söhbət aparıldı, onları maraqlandıran suallar cavablandırıldı. Onların söylədikləri problem və çətinliklər dinlənildi və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparıldı. Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə maarifləndirmə işləri aparıldı. Hətta orada cəzaçəkən əlil olmayan məhbusların əlil övladlarının problemləri tədbir görülməsi üçün qeydiyyata alındı.

Ən maraqlısı o idi ki, məhbuslar əvvəlcə özləri, öz problemləri barədə danışmaqdan çəkinirdilər. Öz problemlərini ictimailəşdirməyi sanki satqınlıq sayır, özlərinə ləkə hesab edirdilər. Tahir Xudiyevin apardığı maarifləndirici diplomatik söhbətlərindən sonra məhbuslardakı mənfi fikir aradan qaldırıldı və onlar sanki ümid yeri kimi görərək, öz problemlərini bizimlə bölüşməyə can atırdılar. Maraqlı bir məqam da o idi ki, məhbuslar bizə yaxınlaşaraq ailə məsələlərini bizimlə ayrı-ayrılıqda bölüşür, telefon nömrələrini gizlicə verirdilər. Bizimlə görüşməyə can atırdılar.

Bu problemlərin həlli istiqamətində işlər aparılır, məhbusların ailələri ilə görüşlər keçirilir.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA