“Məhbus əlillər üçün qanunlar toplusu”
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə çərçivəsində ““Məhbus əlillər üçün qanunlar toplusu” adlı maarifləndirmə kitabını nəşr tdirmişdir. Kitabda məhbusları və onların ailələrini maraqlandıracaq bir çox milli və beynəlxalq qanunvericilik sənədləri toplanmışdır. Kitab layihənin icrası müddətində maarifləndirmə məqsədilə CÇM-larda və eləcə də digər yerlərdə keçiriləcək tədbir iştirakçılarına paylanacaq. Kitab Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanova və PX-nın əməkdaşlarına da təqdim edilmiş, onlar tərəfindən yüksək qiymətləndirilmişdir.