"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

Latviyadan məktub
"Əsl Azərbaycanın nə olduğunu bizə anlatdınız"
..."Tahir, səmimi qəbula və qonaqpərvərliyə görə Sizə təşəkkürümüzü bildiririk. Sizin məlumatlarınız Azərbaycan haqqında qeyri-obyektiv fikirlərimizi büsbütün dəyişdirdi. Əsl Azərbaycanın nə olduğunu bizə anlatdınız"...
Yanis Divans
Latviya, Riqa ş.
("Əlillər Dünyası" в„– 01, 6 may, 2004-cü il)

Düzü düz, əyrini əyri
İlk sayınızı maraqla oxudum. Ümid varam ki, vətəndaşlarımızın, eləcə də əlillərin hüquqlarının keşiyində ayıq-sayıq dayanacaq, problemlərinin həllinə kömək edəcək, bürokrat məmurlara, kreslo düşkünlərinə qarşı amansız olacaqsınız. Dəfələrlə şahidi olmuşam ki, bəzi vəzifə sahibləri əlilləri kabinetə yaxın buraxmaq istəmirlər. Sizdən arzum, istəyim budur: prinsipial olun, şair demiş:"düzü düz, əyrini əyri" yazın!
Hörmətlə: Günəş Nur,
Şair-jurnalist
("Əlillər Dünyası" в„– 02, 15 iyun, 2004-cü il)

..."Sonda isə daha çox ölkə, millət qarşısında xidmətləri olan müharibə veteranlarımızı, şəhid övladlarımızı, həm Qarabağ, həm də Əfqanıstan müharibəsini yaşamış insanları geniş ictimaiyyətə tanıtmaq, mümkün qədər problemlərdə yardımçı olmaq, eyni zamanda ölkə başçısı tərəfindən görülmüş işləri parlaq işıqlandırmaqda "Əlillər Dünyası" qəzetinin bütün əməkdaşlarına, o cümlədən onun təsisçisi Tahir Xudiyevə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram".
Bəxtiyar Rzayev,
Əfqanıstan müharibəsi əlili
("Əlillər Dünyası" в„– 04, 17 sentyabr, 2004-cü il)

..."Bu vəsilə ilə "Əlillər Dünyası" qəzetinin çalışmasını ürəkdən dəstəkləyir, qəzetin kollektivinə təşəkkür edir və "Biz həmişə sizin yanınızda olacağıq" deyirəm".
Abdullah Şanlı,
"Qəmər" MMC Şirkətinin direktoru
("Əlillər Dünyası" в„– 06, 11 dekabr, 2004-cü il)

Yeni uğurlar arzulayıram
"Əlillər Dünyası" qəzetinin internet saytının fəaliyyətə başlaması münasibəti ilə qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyevi və qəzetin kollektivini təbrik edir, yeni yaradıçılıq uğurları arzulayıram. Arzu edurəm ki, "Əlillər Dünyası" qəzeti bizi həmişə öz xoş sorağı ilə sevindirsin.
Hörmətlə:
Kamil Məhərrəmoğlu,
"Nehrəm" Xeyriyyə Cəmiyyətinin sədri
("Əlillər Dünyası" в„– 07, 8 fevral, 2005-ci il)

..."Çünki hər sözün öz çəkisi, öz məsuliyyəti vardır. Və mən cəmiyyət sədri kimi ilk müsahibəmi sizə verməyimdən böyük razılıq və məmnunluq hissi duyuram. Çünki "Əlillər Dünyası" qəzetini respublika ictimaiyyətinin sözün müsbət mənasında yaxşı tanıdığı qəzetlərdən biri hesab edirəm. Və bu qəzeti özümə doğma bir qəzet sayıram. "Əlillər Dünyası" qəzetinin təsisçisi və baş redaktoru Tahir Xudiyevi mən qeyrətli və vətənpərvər bir soydaşımız kimi tanıyıram. Qəzetiniz öz üzərinə çox müqəddəs bir vəzifəni götürüb. Və mən sizin bu işin öhdəsindən layiqincə gələcəyinizə inanıram. Qəzetinizin kollektivinə yeni yaradıcılıq uğurları arzulayıram".
Kamil Məhərrəmoğlu,
"Nehrəm" Xeyriyyə Cəmiyyətinin sədri
("Əlillər Dünyası" в„– 07, 8 fevral, 2005-ci il)

Qəzetin fəaliyyətini alqışlayıram
...Sonda isə xüsusi qeyd etməyə ehtiyac duyuram ki, Tahir Xudiyevi mən xeyirxah və vətənpərvər bir insan kimi tanıyıram və onun rəhbərlik etdiyi qəzein kollektivinə böyük uğurlar arzulayıram.
Məmməd Əhmədli,
II dərəcəli əlil,
Şəki, Kiş kəndi
("Əlillər Dünyası" в„– 08, 19 aprel, 2005-ci il)

..." Və xüsusən də mənim hüquqlarımın bərpası üçün böyük əzab-əziyyət çəkmiş "Əlillər Dünyası" qəzetinin təsisçisi və baş redaktoru Tahir Xudiyevə öz dərin təşəkkürümü bildirir, "Tanrı heç vaxt üstünüzdən əskik olmasın" deyirəm".
Cəmil Novruzov,
Yardımlı rayon sakini
("Əlillər Dünyası" в„– 08, 19 aprel, 2005-ci il)

..."Sonda isə Sizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram. Öz növbəmdə bir mətbu nəşr kimi səhiyyə sahəsinə göstərdiyiniz diqqət üçün sizin qəzetin kollektivinə başda qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev olmaqla öz təşəkkürümü bildirirəm. Xalqımıza isə daim sağlam olmağı arzu edirəm".
Oqtay Şirəliyev,
Azərbaycan Respublikasının Səhiyyə naziri
("Əlillər Dünyası" в„– 12, 9 may, 2007-ci il)

"Biz "Əlillər Dünyası" qəzetinin kollektivinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığını yüksək qiymətləndiririk və bu əməkdaşlığın gələcəkdə də səmərəli şəkildə davam edəcəyinə inanırıq".
Elnur Kələntərli,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri
("Əlillər Dünyası" в„– 12, 9 may, 2007-ci il)

"Onu da deməyi məqsədəuyğun sayıram ki, qəzetinizə belə hörmətli və samballı bir ailədən olan şəxsin rəhbərlik etməsi kollektivinizə yalnız uğur və başucalığı gətirə bilər. Çünki dünyagörmüş atalarımız "Ot kökü üstə bitər"- deyiblər. Mən çox istərdim ki, müvafiq dövlət təşkilatları və respublikamızın xeyriyyəçi iş adamları "Əlillər Dünyası" qəzetinə lazımi səviyyədə maddi-mənəvi dəstək versinlər. Bu həm də cəmiyyətdə onlar tərəfindən atılmış lazımi xeyirxah və nəcib bir addım kimi qiymıətləndirilər".
Qədir Rüstəmov,
Azərbaycanın "Şöhrət"Ordenli xalq artisti,
II dərəcəli əlil
("Əlillər Dünyası" в„– 14, 12 dekabr, 2007-ci il)

..."Yeri gəlmişkən, mən fürsətdən istifadə edərək bir məsələyə öz münasibətimi bildirmək istəyirəm. Mənə məlumdur ki, "Əlillər Dünyası" qəzetinin respublikamızın görkəmli elm, təhsil, incəsənət xadimlərindən, tanınmış ziyalılarından ibarət İdarə Heyəti ötən ilin noyabrında respublikamızda ilk dəfə olaraq, dövlət başçımız cənab İlham Əliyevin 2008-ci ilin payızında ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərində prezidentliyə namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış etmişdir. Mən də öz növbəmdə bu məsələdə sizinlə həmfikir olduğumu bildirir, sizin dövlətçiliyimizə xidmət edən bu addımınızı alqışlayır və bu təşəbbüsünüzü ürəkdən dəstəkləyirəm. Belə mühüm və vacib təyinatlı bir qəzetin ziyalı kollektivinin ciddi, məsuliyyətli bir təşəbbüslə çıxış etdiyinə görə qəzetinizin təsisçisi və baş redaktoru Tahir Xudiyevə şəxsən öz təşəkkürümü bildiriəm. Eyni zamanda, atamın adına, əməllərinə və ruhuna dərin hörmət hissi ilə yanaşdığınıza, həmçinin maraqlı suallarınıza görə sizə dərin təşəkkürümü bildirir, qəzetinizin yaradıcı kollektivinə cansağlığı və yeni uğurlar arzulayıram".
Toğrul Məmmədov
("Əlillər Dünyası" в„– 15, 3 aprel, 2008-ci il)

..."Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür".
Enn Dersi,
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA