28 May –1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan   Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən   28 May- Respublika   günü dövlət bayramı kimi qeyd edilir.

                        “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə   yardımı ilə həyata keçirdiyi “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində  cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə   üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək”  adlı layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü            ildönümü münasibətilə 25 may tarixində Penitensiar Xidmətin 10 saylı Cəza Çəkmə   Müəssisəsində tədbir həyata keçirmişdir. İctimai Birliyin sədri və layihənin direktoru Tahir Xudiyevin təşəbbüsü ilə keçirilən bu tədbirdə İctimai Birliyin istedadlı üzvü, 1-ci qrup əlil Ümid Cümşüdovun dekorativ sənət üzrə 10-a yaxın əl işləri nümayiş   etdirilmişdir. İB-in İdarə Heyətinin üzvü, 1-ci qrup gözdən əlil, Yazıçılar və    Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm “ Media mükafatçısı, şairə  Ülkər Atəş çıxış  edərək məhbusları təbrik etmiş, onlar üçün öz şerlərindən ifa etmişdir. Tahir Xudiyevin dəvəti ilə müğənni Murad da bu tədbirə qatılmışdır.

                  İB-in  əməkdaşları həmçinin əlil məhbusların ailələrindəki problemlərlə   maraqlanmış və onların həll edilməsi üçün qeydiyyata götürmüşdür. Tədbirdə 10 saylı CÇM-nın əməkdaşlarına və məhbuslara təqdim edilən layihə çərçivəsində nəşr             olunmuş “Əlil məhbuslar üçün qanunlar toplusu” adlı kitab  onlar tərəfindən böyük  maraqla qarşılanmışdır.

                 Tədbirdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin inspektoru, ədliyyə baş leytenantı Ramin Osmanov, 10 saylı CÇM-nın tərbiyə işləri üzrə rəis  müavini, ədliyyə polkovnik-leytenantı Əli İbrahimov, böyük inspektor, ədliyyə   mayoru Kamil Qurbanov,  dəstə rəisləri və CÇM-da cəzaçəkən 900 nəfər məhbus    iştirak etmişdir ki, bunlardan 40 nəfəri əlildir. Sonda Ümid Çümşüdov “Beynəlxalq  Əlillər Cəmiyyəti “ İctimai Birliyi adından əl işlərindən birini 10 saylı CÇM-ya hədiyyə etmişdir. Əli İbrahimov çıxış edərək bu tədbirin keçirilməsi üçün İctimai Birliyin əməkdaşlarına təşəkkür etmiş, belə tədbirlərin məhbuslarda ruh yüksəkliyi yaratdığını demişdir.

                                                                                              Mətbuat Xidməti

          25 may, 2012-ci il

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA