Azərbaycanımız üçün əsil vətəndaş yetişdirək


“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə həyata keçirir.

Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir.

Layihə çərçivəsində İB indiyədək 14, 4, 7, 10 saylı Cəzaçəkmə Müəssisələrində olmuş, məhkumların ailələrində olan problemləri qeydiyyata götürmüşdür. İB bu yaxınlarda bir neçə məhbus ailələrində olmuş, onların problemləri ilə yaxından tanış olmuşdur.

Layihə çərçivəsində 28 may 2012-ci il tarixində 10 saylı CÇM-da tədbir keçirərkən məhkum 1966-cı ildə Ağdaş rayonunda anadan olmuş Hüseynov Akif Maarif oğlu ailə vəziyyətinin çox ağır olması barədə danışdı, ailəsinin sosial problemlərinin həllinə dəstək olmağı xahiş etdik.

Bu məsələ ilə əlaqədar layihənin direktoru Tahir Xudiyev müxtəlif vaxtlarda məhkumun həyat yoldaşı Arzu xanımla telefon əlaqəsi saxlayaraq həyata keçirdiyimiz bu layihənin mahiyyətindən və ailənin sosial problemlərinin həllinə dəstək olmaq üçün Ağdaşa gələcəyimiz barədə danışdı. Bu məqsədlə İB-in əməkdaşları bu yaxınlarda Ağdaş rayonunda ezamiyyətdə oldular. Məhkum Akif Hüseynovun ailəsinin problemləri ilə maraqlandılar. Məhkumun 2007-ci il təvəllüdlü Arifə və 2008-ci il təvəllüdlü Fatimə adlı 2 qız övladı var. Ailə maddi imkansızlıq üzündən qayınının evində yaşayır. Öz evləri çox bərbad vəziyyətdədir, əsaslı təmirə ehtiyacı var. Lakin maddi imkanları olmadığı üçün evi təmir etdirə bilmirlər. Aztəminatlı ailə kimi ünvanlı sosial yardım alsalar da, bu onların gündəlik tələbatlarını güclə ödəyir. Ailənin acınacaqlı bir vəziyyətdə yaşamasının şahidi olduq. Biz də öz növbəmizdə 2 gün Ağdaş Rayon ƏSMM-də və Ağdaş Rayon şəhər Sovetində olduq, lakin heç birinin rəhbərliyi ilə görüşə bilmədik. Sonra ƏSMM-nin direktor müavini Anar İbrahimovla görüşdük, həyata keçirdiyimiz bu layihə barədə və Hüseynovlar ailəsinin acınacaqlı vəziyyəti barədə söhbət apardıq. O, da öz növbəsində yerindəcə yoxladaraq, bu ailənin hazırda aztəminatlı ailə kimi ünvanlı sosial yardım aldığını bildirdi. Bu müddət avqust ayının 1-də bitir. A. İbrahimov Hüseynovlar ailəsinin lazımi sənədləri təqdim etdikdən sonra yenidən ünvanlı sosial yardım alması işində köməklik göstərəcəyini bildirdi.
Sonra Ağdaş Rayon Bələdiyyəsinin sədri Hənifə Yusibova ilə görüşüb həyata keçirilən bu layihə və məhkum Akif Hüseynovun ailəsinin vəziyyəti barədə danışdıq. Hənifə xanım bildirdi ki, gələcəkdə lazım gələrsə, Bələdiyyənin səlahiyyətləri daxilində bu ailənin problemlərinin həllində dəstək olarıq.

Bizim fikrimizcə, məsum körpələr valideyninin törətdiyi cinayətə ə görə cavabdeh deyillər. Təəssüf ki, bəzi adamlarda belə bir səhv fikir formalaşır ki, valideyni cinayətkar olanlar öz valideynlərinin yolunu tutacaq. Lakin dövlət və cəmiyyət belə məsum körpələrə düzgün həyat yolu seçməkdə dəstək olarsa, onların əsil Azərbaycan vətəndaşı kimi yetişməsinə kömək olar.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA