Məhkum ailəsinə qayğı


“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsinin həyata keçirir.

Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir.

Layihə çərçivəsində İB-in əməkdaşları indiyədək 14, 4, 7, 10 Cəzaçəkmə Müəssisələrində olmuş, əlil məhkumların ailələrində olan problemləri qeydiyyata götürmüşdür. İB-in əməkdaşları bu yaxınlarda bir neçə məhbus ailələrində olmuş, onların problemləri ilə yaxından tanış olmuşdur.

4 saylı CÇM-da keçirilən tədbir zamanı 1951-ci ildə Hacıqabul rayonunda anadan olmuş məhkum İgidəliyeva Südabə Mirzə qızı gözdən əlil olan 3 övladının üayinə və müalicəsi üçün köməklik etməyimizi xahiş etmişdi. Məhkum S. İgidəliyevanın müraciətinə əsasən layihənin direktoru Tahir Xudiyev müxtəlif tarixlərdə onun ailəsi ilə telefon əlaqəsi saxladı, layihə barədə danışdı və problemlərlə maraqlandı. Eyni zamanda onların müalicəsi üçün Səhiyyə naziri cənab Oqtay Şirəliyevə rəsmi müraciət etdi. Nazirlik tərəfindən bu müraciətə tezliklə rəsmi cavab məktubu gəldi. Məktubda bildirilirdi ki, onların Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicə olunmaları üçün köməklik göstəriləcək.

İgidəliyevlər ailəsinin gözdən əlil olan 3 övladının problemləri ilə yaxından tanış olmaq məqsədilə İB-in əməkdaşları bu yaxınlarda Hacıqabul rayonunda olmuşlar. Orada Hacıqabul Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanovla görüşmüş, layihə və İgidəliyevlər ailəsinin problemi barədə söhbət aparmışlar. Sahib Aslanov öz növbəsində Şəhər Sovetinin sədri ilə telefon əlaqəsi saxlayaraq İB-in əməkdaşlarına lazımi köməkliyi göstərməyi tapşırmışdı. Sonra Polis İdarəsinin rəisi Ramazan Kərimovla da görüşmüş onu da layihə barədə məlumatlandırmışlar. Rayon rəhbərliyi və Polis İdarəsinin əməkdaşları həyata keçirilən bu layihəni təqdirəlayiq hesab etmişlər. Ramazan Kərimov İB-in əməkdaşlarını yüksək səviyyədə qarşılamış, onları dinləmiş, sahə müvəkkilinə İB-in əməkdaşlarına lazımi köməkliyi göstərməyi tapşırmışdır. S.Aslanov və R.Kərimov onu da qeyd etmişlər ki, insan haqlarının müdafiəsi ilə bağlı Ombudsman Aparatının əməkdaşları tez-tez Hacıqabul rayonunda olur, bu sahədə böyük fəallıq göstərirlər. T.Xudiyev söyləmişdir ki, digər regionlarda olarkən də Ombudsman Aparatı əməkdaşlarının gördükləri xeyirxah işlərin şahidi oluruq.

Polis rəisi ilə görüşdən sonra İB-in əməkdaşları sahə müvəkkili Natiq Ağayevlə birgə İgidəliyevlər ailəsində olmuş, Səhiyyə Nazirliyinin verdiyi məktubu təqdim etmişlər. İgidəliyevlər ailəsinin üzvləri və İctimai Birliyin əməkdaşlarının gəlişinin səbəbini öyrənən yerli əhali dövlət tərəfindən dəstək verilən bu layihənin həyata keçirilməsindən məmnun qalmış, məhkum ailələrinə göstərilən bu qayğıdan mütəəssir olmuşlar.

Bildirmək istəyirik ki, yaxın günlərdə məhkum Südabə İgidəliyevanın övladları-Rəhman, Rövşən və Rəşidin müayinəsi və müalicəsinə başlanacaq.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA