Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən dəstək məktubu
“Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihənin icrası ilə bağlı ƏN Penitensiar Xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən Hüseyn Əlixanov tərəfindən 24.07.2012-ci il tarixində göndərilən 175-7384 saylı məktubda layihə və nəşr edilmiş “Məhbus əlillər üçün qanunlar toplusu” kitabın məhkumların sosial-hüquqi maarifləndirilməsi sahəsində xüsusi əhəmiyyəti qeyd edilmiş, bu layihə geniş miqyaslı xeyirxah iş kimi qiymətləndirilmişdir. Ədliyyə polkovniki Hüseyn Əlixanov bu işlərin gələcəkdə də davam etdirilməsinin əlil məhkumlara mənəvi dəstək olacağını vurğulamışdır.