Press-Reliz

Gürcüstanda soydaşlarımızla görüş keçirildi


“Əlillər Dünyası” qəzetinin təsisçisi və baş redaktoru və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev 17,18,19 oktyabr tarixlərində Gürcüstanda səfərdə olaraq, orada yaşayan əlil soydaşlarımızla müxtəlif görüşlər keçirmişdir. T.Xudiyev Tbilisi şəhərində və Batumi, Rustavi, Katex, Seqareco rayonlarının bir neçə kəndlərində olaraq azərbaycanlı soydaşlarımızla görüşmüşdür.

T.Xudiyev Saqareco rayonunun azərbaycanlıların kompakt yaşadığı Muğan kəndinin hörmətli ziyalılarından sayılan, xeyriyyəçi iş adamı Qasımov Tanrıverdi Məsimalı oğlunun qonağı olmuşdur. Tanrıverdi müəllim “Ucarma” kurortunun sahibidir. Hələ Sovet dövründən fəaliyyət göstərən bu sanatoriyada poleosteartroz osteoxandroz, spandiloz spondiloartroz, revmatizm, revmopoliartrit, tromboflebit, periferik sinir sistemi xəstəlikləri, mərkəzi sinir sistemi, uşaqlıq və onun əlavə xroniki iltihabı, dəri xəstəlikləri və s. bu kimi xəstəliyi olan insanlar istirahət edirlər. Qürur hissi duyuruq ki, belə bir gözəl sağlamlıq ocağına məhz azərbaycanlı ziyalı rəhbərlik edir.

Çox istərdik ki, Azərbaycan Diasporu, Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti dövlət qurumları soydaşımızın rəhbərlik etdiyi bu müalicəvi sanatoriya ilə qarşılıqlı əməkdaşlıq edərək onun ölkəmizdə və digər xarici ölkələrdə tanınmasına dəstək versinlər.

T.Xudiyev həmçinin Gürcüstanda sanatoriyada məskunlaşmış Abxaziyadan olan qaçqın əlillərlə də görüşmüş, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fəhd bin Əli Ət-Dusari tərəfindən İctimai Birliyə verilmiş xurma payından onlara da sovqat vermişdir.
Görüş iştirakçıları "Əlillər Dünyası" qəzetinin və "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin Gürcüstana səfər edəərk soydaşlarımızla görüşüb onların vəziyyətləri ilə maraqlanmasını yüksək qiymətləndirərək minnətdarlıqlarını bildirdilər.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA