Əlillərin adı altında bu cibdən o cibə…

       

         Əlillərin haqlı narazılıqlarının canlı şahidi oldum

 

         Həm ictimai vəkil, həm vətəndaş cəmiyyətinin rəhbəri, həm də “Əlillər Dünyası” qəzetinin baş redaktoru kimi əlillər arasında olan narazılıqların canlı şahidi oldum. Belə ki, əlillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aparıldıqları istirahət mərkəzlərindən narazılıq edirdilər.  

         Mən də əlillər arasında edilən narazılıqların nə qədər haqlı və ya haqsız olduğunu bilmək üçün bir qrup əlillə birgə payızın ilk günlərində İsmayıllı rayonunda yerləşən, guya ki, əlillərin istirahət mərkəzi sayılan sanatoriyada oldum.

         Bizi ikimərtəbəli oteldə yerləşdirdilər. Gəlişimiz nahar vaxtına təsadüf etdiyindən yerləşdirildikdən sonra nahar yeməyi verildi. Verilən yeməklər uşaqlara verilən pay qədər idi.  Əlavə yemək istəyəndə, hətta adi yavan çörək istəyəndə belə ofisiantlar qulaqardına vurur, guya ki, eşitmirdilər.   Şam yeməyi də, səhər yeməyi də porsiyalara görə uşaq yeməklərinə bərabər idi. Mən kənardan müşahidə edərək əlillərin həqiqətən haqlı narazılıqlarını seyr edirdim. Əlillər menyu istəyəndə də  otelin rəhbərliyi verməkdən imtina edirdi. Xidmətçilər isə özlərini çox etinasız və saymazyana aparırdılar.  Dar, kiçik sahəli otaqlarda iki-üç nəfərin qalması isə ölüm kamerasına bənzəyirdi.

         Bildiyimizə görə istirahət mərkəzi təbiətin mənzərəli yerlərində inşa olunar, insan bayıra çıxanda təbiətin mənzərəsini görüb ruhən dincələr.  Bizim qaldığımız otel isə İsmayıllı rayonunun mərkəzində, maqistral maşın yolunun düz kənarında inşa edilmişdir. Burada maşınların səs-küyündən, tüstüsündən necə yatmaq və istirahət etmək olardı?! Nəmişlik və soyuq bir vaxtda əlil və astma xəstələrinin buraya gətirllməsi onların onsuz da pis olan səhhətinə daha bir zərbədir. Bir astma xəstəsi olaraq həmin zərbəni mən də yedim… Əlilləri istirahət adı ilə aldadaraq gətirib hissləri ilə oynamaq nəyə lazımdır? Heç nədən qorxmasalar da hər şey Böyük Tanrının nəzarətindədir. Mən əlillərin belə şəraitdə guya istirahət etmələrini,  öz tərəfimdən hörmətsizlik, hisslərlə oynanılmış kimi qəbul edirəm.

         Hələ bu İsmayıllıdakı ən yüksək səviyyəli istirahət mərkəzi sayılır.  Hələ guya “yüksək səviyyədə” edilən xidmət belədirsə, gör Nabranı, Lənkəranı və digər yerləri necədir…

         Doğrudur, heç vaxt evdən çıxmamış, dünyagörüşü  olmayan əlillər burada olarkən əlbəttə ki, onlara elə bil dünyanı bağışlayırlar. Axı onlar öz haqlarını bilmirlər. Bu yazıqlar nə bilsinlər ki, burada onların adı altında  nə saxtakarlıqlar  baş verir, onların adı altında  cibdən-cibə hansı pullar ötürülür?! Nə bilsinlər ki, təkcə İsmayıllıda deyil, respublikanın digər rayonlarında da imkanlı məmurlar boş qalan şəxsi mülklərini qazanc məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən məmurlarla  müqavilə bağlayaraq əlillərin istirahət etməsi adı altında ancaq cibdən-cibə  pullar ötürürlər…

                                                        “Əlillər Dünyası”qəzeti və  “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA