YEKUN MƏTBUAT KONFRANSI


“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 01 aprel 2013-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dəstək Şurasının dəstəyi ilə “Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə həyata keçirmişdir. Nəzərinizə çatdırırıq ki, layihənin müddəti 01.08.2013-cü ildə başa çatır.

25 iyul 2013-cü il tarixində SƏS İnformasiya Agentliyində layihənin nəticələri və yekununa həsr edilmiş Mətbuat Konfransı keçirilmişdir.Lahiyənin kordinatoru və İctimai Birliyin sədri Tahir Xudiyev çiriş sözü ilə çıxış edərək layihənin həyata keçirilməsində əsas məqsədin cəzaçəkən əlil məhbusların, həmçinin onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarət olduğunu söylədi.

Sonra İctimai Birliyin İdarə Heyətinin üzvü Məlahət Abdulllayeva dedi: Layihənin icrası zamanı məhbusların ailə üzvlərinin sosial problemi ilə yaxından tanış olmaq üçün Sumqayıt şəhərində, Kürdəmir, Mingəçevir, Bərdə, İmişli rayonlarında və Maştağa qəsəbəsində olmuş, ümumilikdə layihə çərçivəsində 10 nəfər əlil məhbusun sosial probleminin müsbət həllinə nail olmuşuq. Ən maraqlısı isə o idi ki, 2011-ci ildən CÇM-larda həyata keçirdiyimiz tədbirlər zamanı müşahidə etdiyimiz kimi məhbuslar daha özləri və öz problemləri barədə danışmaqdan çəkinmirdilər. Hətta İctimai Birliyə və “Əlillər Dünyası” qəzetimizə məxsus ofisdə fəaliyyət göstərən “İnam Telefonu”na da zəng edərək sosial problemlərini bizimlə bölüşür, həlli üçün köməklik istəyirdilər. Onlar artıq sanki bizim İctimai Birliyimizi ümid yeri kimi görərək öz problemlərini bizimlə bölüşməyə can atırdılar. Bu, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in 2011-ci ildən məhbusların ailələrinin problemlərinin həlli istiqamətində apardığı uğurlu işlərin nəticələridir.

Keçirilən tədbirlər zamanı məlum olmuşdur ki, bir çox məhbuslar və onların ailə üzvləri öz hüquqlarını bilmədiklərindən cəmiyyətdə böyük problemlərlə üzləşirlər. Odur ki, İctimai Birlik tərəfindən layihə çərçivəsində “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı 150 ədəd maarifləndirmə kitabı nəşr etdirilmişdir. Kitabda məhbusları və onların ailələrini maraqlandıracaq bir çox milli və beynəlxalq qanunvericilik sənədləri toplanmışdır. Kitabda İB-in sədri Tahir Xudiyev giriş sözü ilə çıxış etmiş, ƏN PX-in rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov, İB-in sədr müavini, AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru, Qabaqcıl maarif xadimi Mir Müstəqil Ağayev, 1-ci qrup gözdən əlil, İB-in sədr müavini, “Qızıl qələm” Media mükafatçısı, şairə Ülkər Atəş isə öz müsbət fikirlərini bildirmişlər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov İctimai Birliyin həyata keçirdiyi analoqu olmayan bu layihənin uğurla başa çatdığını və gələcəkdə də bu işlərin davam etdiriləcəyinə ümid etdiyini bildirdi.

Mətbuat Konfransında çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndəsi Fərid Ədilov, Azərbaycan Respublikası Milli Qəhrəmanlar İctimai Birliyinin sədri, YAP-ın Yasamal rayon Ərazi ilk partiya təşkilatı şöbəsinin sədri Mirbəşir Seyidzadə, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, hüquq elmləri doktoru, BDU, Mülki proses, əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyev, “AQRA” Elmin İnkişafına Dəstək İB-in sədri Mirələkbər Seyidov və başqaları bu layihənin həyata keçirilməsini məqsədəmüvafiq saymış, əlil məhbusların cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsinin cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradacağını vurğulamışlar.

6 saylı CÇM-da cəzaçəkən məhbus Nadir Cıqqarovun anası Zahidə xanım çıxış edərək yeganə oğlunun əhf edilməsini möhtərəm cənab Prezidentimizdən xahiş etdi. Sonda Tahir Xudiyev çıxış edərək əlil məhbusların özlərinin və ailələrinin sosial problemlərinin həlli istiqamətində İctimai Birliyə daima dəstək olan Daxili İşlər Nazirliyinə, ƏƏSMN-nə, DSMF-yə, Səhiyyə Nazirliyinə təşəkkürünü bildirmiş və ümidvar olduğunu söyləmişdir ki, bu layihənin həyata keçirilməsindən sonra əlil məhbusların ailə üzvlərinin sosial problemlərinin həllinə dəstək artacaq, dövlətin bu sahədə qəbul etdiyi qanunlar və qərarlar yerlərdə layiqincə icra ediləcəkdir.

Mətbuat Konfransında İctimai Televiziya, AZTV, SƏS TV vasitəsilə çəkiliş aparılmış, ATƏT-in Azərbaycandakı Nümayəndəliyinin səlahiyyətli nümayəndəsi Cabir Əliyev, DSMF-nin Pensiya şöbəsinin aparıcı məsləhətçisi Nemət Mehdiyev, İctimai Birliyin Ağdam üzrə kordinatoru, 2-ci qrup Milli münaqişə əlili Adil İbadov, Fred Asif Fondunu prezidenti Ədalət Məhərrəmov və başqa dövlət və beynəlxalq təşkilatlarının, ictimaiyyət, KİV və QHT-lərin nümayəndələri iştirak etmişlər.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA