İSTEDADLI GƏNC ƏLİLLƏRİN ƏL İŞLƏRİNİN SƏRGİSİ


"Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinin təşəbbüsü ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın xanımı Feyt Pirs Morninqstarın şərəfinə 2 may 2013-cü il tarixində saat 11.00-dan 17.00-dək Abşeron Rəsm Qalereyasında sağlamlıq imkanları məhdud olan uşaqların rəsm əsərlərindən və digər əl işlərindən ibarət sərgi təşkil etmişdir. Sərgidə 6 nəfər fiziki qüsurlu şəxsin 50-yə yaxın rəsm əsəri və digər əl işlərinin nümayiş etdirilmişdir. Bu sərginin təşkil olunmasında əsas məqsəd sağlamlıq imkanları məhdud olan istedadlı uşaqların, onların əl işlərinin dünya ictimaiyyətinə tanıdılması, onlarda həyata və yaradıcılığa olan marağı daha da artırmaq və onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə köməklik göstərmək və bu mövzuda beynəlxalq aləmdəki əlil təşkilatlar ilə əməkdaşlıq etmək və dostluq əlaqələri qurmaqdan ibarət olmuşdur.

Sərgidə çıxış edən cəmiyyətin sədri və qəzetin baş redaktoru Tahir Xudiyev sərgi haqqında ümumi məlumat vermiş, bu sərginin təşkil olunmasının əsas məqsədindən söz açmış və bu cür istedadlı insanların əməyinə qiymət verməyin vacibliyindən danışmışdır. Həmçinin sərgidə iştirak edən Amerika səfirinin həyat yoldaşı xanım Morningstar da çıxışında və KİV üçün verdiyi müsahibəsində bu sərginin ona çox xoş təsir bağışladığını və keçirilən sərgilərin içərisində ən çox bəyəndiyi sərgilərdən biri olduğunu qeyd etmişdir. O, bunu sərgidən sonra İctimai Birliyin sədri Tahir Xudiyevə xüsusi ünvanladığı məktubunda da vurğulamışdır. Sərgidə nümayiş etdirilən bir neçə əl işləri xanım Morningstara hədiyyə edilmişdir. Xanım Morningstar həmin məktubunda hədiyyə üçün bir daha təşəkkür etmiş və həmin hədiyyələrin səfirlikdə təşkil edilmiş xüsusi guşədə yer aldığını bildirmişdir. Həmçinin sərgidə əl işləri nümayiş etdirilən fiziki qüsurlu insanlara - Raya Mirzəyeva, Vasif Nəcəfli, Həsənağa Quliyev, Diana Bayramova, Ümid Cümşüdov və Aybəniz Nəsirovaya ayrı-ayrılıqda təşəkkürünü bildirməyi xahiş etmişdir.

Xanım Morningstar “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin sədri Tahir Xudiyev tərəfindən təşkil olunmuş bu zəhmət tələb edən sərgini, sağlamlıq imkanları məhdud olan bu uşaqlara göstərilən diqqət və qayğını çox yüksək qiymətləndirmişdir. O eyni zamanda bildirmişdir ki, "Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin Cəzaçəkmə Müəssisələrində olan sağlamlıq imkanları məhdud insanlar ilə keçirdiyi bütün görüşlərdən, tədbirlərdən məlumatlıdır və bu təşəbbüsü yüksək qiymətləndirir. Amerika səfirinin xanımı ilə bərabər onun tərcüməçisi və səfirliyin Mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev də sərgidə iştirak etmişlər.

Tədbirdə iştirak edən Ombudsman Aparatının Baş məsləhətçisi Muqalib Mahmudov isə bu sərginin sağlamlıq imkanları məhdud olan uşaqlar üçün stimulverici tədbir olduğunu, onlarda yaradıcılığa olan marağı daha da artırdığını və bu kimi tədbirlərin tez-tez təşkil olunmasının vacibliyini söyləmişdir. Həmçinin sərgidə iştirak edən Almaniya səfirinin səlahiyyətli nümayəndəsi xanım S. Kristina da sərgi barədə öz xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüşdür. Eyni zamanda tədbirdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov da iştirak etmişdir.

Sərgidə İTV, AZƏRTAC və digər KİV nümayəndələri, tanınmış elm və incəsənət xadimləri, dövlət təşkilatları və QHT-lərin, digər səfirliklərin və beynəlxalq təşkilatların, həmçinin ictimaiyyət nümayəndələri də iştirak etmişdir. Ümumilikdə sərgiyə 300-ə yaxın insan qatılmışdır. Sərgi gələn qonaqlara çox xoş təəssürat bağışlamışdır.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA