ANONS
5 sentyabr 2013-cü il tarixində saat 22.50-də İctimai Radioda efirə gedəcək “Həmsöhbət” verilişinin qonağı tanınmış şair-publisist, "Əlillər dünyası" qəzetinin Redaksiya Heyətinin üzvü, "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" media mükafatçısı Ülkər Atəş olacaq.
Sizi gözlərinin işığından məhrum olan bu xanımın işıqlı dünyası ilə tanış olmağa dəvət edirik. İnanırıq ki, İctimai Televiziya və Radio Verilişləri Şirkətinin şöbə müdiri, tanınmış jurnalist Kamil Məhərrəmoğlunun (Nehrəmli) aparıcısı olduğu bu verilişdəki maraqlı söhbətlər, Ülkər Atəşin öz ifasında səslənəcək şeirlər və onun sözlərinə yazılmış mahnılar sizin gecənizə yeni bir rəng qatacaqdır.
Qeyd etmək istəyirik ki, müxtəlif sənət adamlarının qonaq olduğu “Həmsöhbət” verilişi hər həftənin cümə axşamı efirə gedir.