Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2012-ci ildə həyata keçirilən
“Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial
problemlərinin həllinə ictimai dəstək” adlı layihənin

nəticələri


“Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihənin icrası ilə əlaqədar 4, 7, 10 və 14 saylı Cəzaçəkmə Müəssisələrində olmuşuq, məhkumların ailələrində olan problemləri qeydiyyata götürmüşük. 21 nəfərin sosial problemlərinin həlli üçün müxtəlif dövlət təşkilatlarına müraciətlər etmişik. Bakının və respublikamızın müxtəlif rayonlarında yaşayan 7 məhbus ailələrində olaraq onların problemləri ilə yaxından tanış olmuş və bu problemlərin həlli üçün bacardığımız köməkliyi göstərmişik. 15 nəfər əlil məhbusun öz problemləri ilə əlaqədar müxtəlif dövlət təşkilatlarına müraciət etmişik.

Belə ki, məhbus ailələrinin 7 nəfərinin təmənnasız müayinə və müalicəsi üçün Səhiyyə Nazirliyinə müraciətlər etmişik. Aldığımız müsbət cavabları 6 nəfərin özlərinə təqdim etmişik. 1 nəfər isə hazırda müalicə alır. Bunlardan bir məhbus ailəsinin gözdən əlil olan 3 övladının təmənnasız müayinə və müalicəsini, digər bir məhbus ailəsinin 4-cü mərtəbədən yıxılaraq kəllə-beyin travması alan övladının təmənnasız müayinə və müalicəsini, başqa bir məhbusun qan xəstəsi olan həyat yoldaşının təmənnasız müayinə və müalicəsini və s. təmin etmişik.

1 məhbus kəbini olmadığı üçün həbs ediləndən övladları ilə görüşə bilməməsindən narahat idi, onun övladı ev şəraitində dünyaya gəldiyi üçün ona doğum haqda şəhadətnamə ala bilmirdilər. Hüseynovlar ailəsinin uzun illərdir ki, həll edə bilmədikləri kəbin məsələsinin həll olunmasına, 5 yaşlı övladları üçün ala bilmədikləri doğum haqqında şəhadətnamənin alınmasında, 2 övladı üçün əvvəllər verilməyən süd pullarının verilməsində, aztəminatlı ailə kimi ünvanlı sosial yardım almasında birbaşa köməklik etmişik. Tovuz və Ağdaş rayonlarında yaşayan 2 məhbus ailəsinə də aztəminatlı ailə kimi ünvanlı sosial yardım alması işində dəstək olmuşuq.

Tovuz rayonunda yaşayan məhbus ailəsinin 9 yaşlı övladı serebral iflic xəstəsidir. Onlar indiyədək öz hüquqlarını bilmədiklərindən övladlarının dərmanlarını pulla alırdılar. Halbuki serebral iflic xəstələrinə lazım olan dərmanlar dövlət tərəfindən pulsuz verilir. İB-in sədri və layihənin direktoru Tahir Xudiyev Tovuz rayonunda yaşayan Həsənovlar ailəsinin bu problemini də həll etdi, məhkumun övladı Hüseynin növbəti aydan pulsuz müalicə almasını və hər ay lazımi dərmanlarla pulsuz təmin edilməsini təşkil etdi.

Biz bu layihə çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümü münasibətilə 25 may tarixində Penitensiar Xidmətin 10 saylı Cəza Çəkmə Müəssisəsində tədbir həyata keçirdik. Bu tədbirdə İctimai Birliyin istedadlı üzvü, 1-ci qrup əlil Ümid Cümşüdovun dekorativ sənət üzrə 10-a yaxın əl işləri nümayiş etdirildi. İB-in İdarə Heyətinin üzvü, 1-ci qrup gözdən əlil, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm “ Media mükafatçısı, şairə Ülkər Atəş çıxış edərək məhbusları təbrik etdi, onlar üçün öz şerlərindən ifa etdi. Bizim dəvətimizlə müğənni Murad Sadıx da bu tədbirə qatılmışdı. Ümid Cümşüdov “Beynəlxalq Əlillər Cəmiyyəti“ İctimai Birliyi adından əl işlərindən birini 10 saylı Cəzaçəkmə Müəssisəsinə hədiyyə etdi. Bu tədbir məhbuslar və CÇM-nın rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi, onlarda ruh yüksəkliyi yaratdı.

Bir məhbus ailəsinin 9 yaşlı övladı maddi imkansızlıq üzündən təhsildən geri qalmışdı. İB-in müdaxiləsindən sonra o, yeni dərs ilindən təhsini davam etdirəcək.

Keçirilmiş tədbirlərdə layihə çərçivəsində nəşr olunmuş “Məhbus əlillər üçün qanunlar toplusu” adlı kitab məhbuslar, onların ailə üzvlərinə, CÇM-ların kitabxanalarına, dövlət və qeyri-hökumət təşkilatlarına təqdim edilmişdir. Kitab hamı tərəfindən böyük maraqla qarşılanmışdır. Hətta Ombudsman Elmira Süleymanova tərəfindən cəmiyyətin aztəminatlı, qayğıya daha çox ehtiyac duyan məhbus əlillər üçün həyata keçirilən maarifləndirmə tədbirləri və nəşr olunan kitaba görə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ya öz təşəkkürünü bildirmiş, uğurlar arzu etmişdir.

Həmçinin ƏN Penitensiar Xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovniki Hüseyn Əlixanov tərəfindən verilən məktubda layihə və nəşr edilmiş “Məhbus əlillər üçün qanunlar toplusu” kitabın məhkumların sosial-hüquqi maarifləndirilməsi sahəsində xüsusi əhəmiyyəti qeyd edilmiş, bu layihə geniş miqyaslı xeyirxah iş kimi qiymətləndirilmişdir. Hüseyn Əlixanov bu işlərin gələcəkdə də davam etdirilməsinin əlil məhkumlara mənəvi dəstək olacağını vurğulamışdır.

Keçirilən tədbirlər zamanı məlum olmuşdur ki, bir çox məhbuslar və onların ailə üzvləri öz hüquqlarını bilmədiklərindən cəmiyyətdə böyük problemlərlə üzləşirlər. Odur ki, maarifləndirmə məqsədilə nəşr edilib paylanan “Əlil məhbuslar üçün qanunlar toplusu” kitabı məqsədəmüvafiq hesab edilmiş, bu sahə ilə bilavasitə məşğul olan təşkilatların əməkdaşları üçün lazımlı bir vəsaitə çevrilmişdir.

Aparılmış maarifləndirmə tədbirləri nəticəsində əlil məhbuslar və onların sosial qayğıya ehtiyacı olan ailə üzvləri öz hüquqlarını öyrənmişlər. Məhkum ailələri layihənin gedişinə həsr edilmiş Mətbuat Konfransında və layihənin yekununa həsr edilmiş Dəyirmi Masada iştirak etmişlər. Maddi imkanları olmadığı üçün rayonlardan gələ bilməyən məhbus ailələrinin üzvləri isə birbaşa telefon əlaqəsi saxlayaraq bu layihəni həyata keçirdikləri və onların sosial problemləri ilə maraqlanıb onların həllinə köməklik göstərdikləri üçün İB-in sədrinə və əməkdaşlarına öz təşəkkürlərini bildirmişlər. Çıxış edən məhbus Sübhan Kərimovun anası Sevil Kərimova söyləmişdir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti“ İB –in sədri və əməkdaşları bizə gəlib problemlərimizlə maraqlananda çox sevindik. Bu vaxtadək özümüzü hamı tərəfindən unudulmuş, heç kəsə lazım olmayan, atılmış bir insanlar kimi hiss edirdik. “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in əməkdaşlarının gəlişi bizə ürək-dirək verdi. Bu layihənin həyata keçirilməsi üçün ona dəstək olan və maliyyələşməsinə kömək göstərən bütün təşkilatlara, eyni zamanda əlil məhbusların ailələrinə bu diqqət və qayğıya şərait yaradan möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına öz təşəkkürünü bildirdi.

Mətbuat Konfransında iştirak edən məhbus Fatma Talıbovanın həyat yoldaşı 2 gözdən əlil, 74 yaşlı Yaqub Talıbov öz çıxışında söylədi ki, həyat yoldaşı həbs ediləndən sonra heç kəs onların qapısını döyüb necə yaşadıqları, problemləri ilə maraqlanmayıb. Onların sözlərini, problemlərini dövlət təşkilatlarına çatdırdıqları üçün İB-in əməkdaşlarına öz təşəkkürünü bildirmiş, bu layihəni təqdirəlayiq saymışdır.

Layihənin icrası zamanı əlaqə saxladığımız əlil məhbusların ailə üzvləri onlarla heç kimin maraqlanmadığını söyləmiş, hətta bizim maraqlanıb zəng etdiyimiz və evlərinə getdiyimiz üçün çox təsirlənmiş, layihəni keçirdiyimiz üçün Birliyimizə təşəkkürlərini bildirmişlər.

Bütün bunlarla yanaşı əldə olunan nailiyyətlərdən biri də odur ki, layihə həyata keçirilən zaman İctimai Birliyimizin sıraları artmışdır. Belə ki, 10-larla əlil insanlar könüllü olaraq Birliyimizə üzv oldular. İctimaiyyətdə Birliyimizə inam və etimad artdı. Layihənin coğrafiyasına aid olmayan ərazilərdən belə Birliyimizə müraciətlər daxil oldu.

Həyata keçirdiyimiz bu layi¬hə yerlərdə aztəminatlı, sosial qayğıya daha çox ehtiyac duyan əlil məhbusların ailələrinin sosial problemlərinin aşkarlanıb ictimaiyyətə və aidiyyati dövlət təşkilatlarına çatdırılmasında körpü rolunu oynamışdır.

İctimai Birliyimizin “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsinin icrası ilə əlaqədar Ədliyyə Nazirli Penitensiar Xidmətin 4 Cəzaçəkmə Müəssisələrində, məhbusların ailə üzvlərinin sosial problemlərinin həlli ilə əlaqədar Bakının Qaradağ rayonunda, Sumqayıt şəhərində, Corat kəndində, Ağdaş, Tovuz, Hacıqabul rayonlarında olduq. Əməkdaşlarımızın həmin ərazilərin yerli icra hakimiyyətləri, sosial müdafiə mərkəzləri, həmçinin əlil məhbusların ailə üzvləri tərəfindən yüksək səviyyədə qarşılanması, layihənin dəstəklənməsi və onun həyata keçirilməsinə əlverişli şərait yaradılması Birliyimizin əldə etdiyi nailiyyətlərdən biridir.

Ümidvarıq ki, bu layihənin keçirilməsindən sonra əlil məhbusların ailə üzvlərinin sosial problemlərinin həllinə dəstək artacaq, dövlətin bu sahədə qəbul etdiyi qanunlar və qərarlar yerlərdə layiqincə icra ediləcəkdir.

Əlil məhbusların özlərinin və onların sosial qayğıya ehtiyac duyan ailə üzvlərinin problemlərinin həll olunmasına yönəlmiş bu layihəmizin həyata keçirilməsindən sonra onlar özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss edəcəklər, onlarda məmnunluq və özlərinə inam hissi artacaq, bu da onların həyata inteqrasiya etmələrinə zəmin yaradacaqdır. Bu sadalananlar həyata keçirdiyimiz bu layihənin vacibliyini bir daha vurğuladı.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA