“İmtiyazlı məhbuslar üçün qanunlar toplusu”

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 01 aprel 2013 il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən müharibə, şəhid ailəsi və ümumi səbəbdən əlil olmuş məhbusların və onların himayəsindəki, xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsi çərçivəsində 372 səhifədən ibarət olan “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı kitab nəşr olunmuşdur. Həmin bu kitab aidiyyəti qurumlar və beynəlxalq təşkilatlar tərəfindən yaxşı qarşılanmış və ictimaiyyətdə böyük marağa səbəb olmuşdur. Bu kitab beynəlxalq təcrübənin tətbiqi əsasında imtiyazlı məhbusların problemlərinin həlli, bu sahədə maarifləndirmə işi aparan və cəmiyyətə inteqrasiya olunmalarında kömək məqsədilə tərtib olunmuşdur. Birlik tərəfindən hazırlanaraq nəşr olunan bu kitab fiziki qüsurlu olan insanların qanunla müəyyən olunmuş hüquqlarını bilmələri, bu barədə müvafiq məlumatları bilavasitə əldə edə bilmək imkanına malik olmaları baxımından qiymətləndirmək olar. Onu da qeyd etmək istəyirik ki, Avropanın Penitensiar qanunları və Amerika Birləşmiş Ştatların Penitensiar qanunları həmin bu kitabda öz əksini tapmışdır. Bundan əlavə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəis müavini, Ədliyyə general-mayoru cənab Hüseyn Əlixanov və eyni Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili Elmira Süleymanova da “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı kitaba öz müsbət fikirlərini bildirmişlər.        Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəis müavini, Ədliyyə general-mayoru cənab Hüseyn Əlixanov fikrində bildirmişdir ki, yeni nəşr edilən bu kitabda əlilliyi olan məhkumların öz hüquqları barədə daha ətraflı məlumat almalarına xidmət etməklə, bu şəxslərin qanunla müəyyən olunmuş hüquqlarına diqqətin artırılmasına səbəb olacaq və fiziki qüsurlu məhkumlarla iş zamanı cəzanı icra edən orqanların əməkdaşlarının fəaliyyətində beynəlxalq təcrübədən daha səmərəli istifadə olunmasına zəmin yaradacaqdır.         

         Ümid edirik ki, “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı maarifləndirmə kitabında toplanan hüquqi sənədlər imtiyazlı məhbusların  mənafelərinin qorunmasına yönələn əvəzsiz vəsait, səhih məlumat mənbəyi və əsl bələdçi olacaqdır.                                                                                                                                                                 Mətbuat Xidməti   

                                                                                                                                  13.06.2013      

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA