Heydər Əliyev Mərkəzində kitab təqdimatı


XX əsr dünya neft tarixinə qızıl hərflərlə yazılan «Əsrin müqaviləsi»nin imzalanmasından artıq 19 il ötür. 1994-cü il sentyabrın 20-də imzalanan bu saziş Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açmışdır. Ulu öndər Heydər Əliyevin reallaşdırdığı «Əsrin müqaviləsi» Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoyaraq, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirmişdir.

Azərbaycanın gələcək inkişafının təməli qoyan həmin gün münasibətilə 20 sentyabr 2013-cü il tarixində Heydər Əliyev Mərkəzində dünyada ilk özəl Miniatür Kitab Muzeyi tərəfindən azərbaycan və ingilis dillərində nəşr edilmiş “Heydər Əliyevin neft strategiyası” (“Heydar Aliyev’s oil strategy”) adlı kitabın təqdimat mərasimi keçirilmişdir. 38x53 mm ölçülü bu miniatür kitabın üz qabığı təbii dəridən hazırlanıb, qızılı naxışlarla bəzədilib. Qutuya eləcə də Moskvadakı “Monetnıy dvor”da qızıldan hazırlanmış medal da qoyulub. Medalın bir üzündə Heydər Əliyevin vaxtilə bəyəndiyi portreti, o biri üzündə dəfnə və zeytun budaqları ilə əhatələnmiş “90” rəqəmi, rəqəmin üstündə isə Azərbaycanın gerbi həkk olunub. Mərasimi giriş sözü ilə açan Muzeyin direktoru Zərifə xanım Salahova ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü əvəzsiz işlərdən danışmış, bu kitabın əhəmiyyətini qeyd etmişdir. Zərifə xanım Ulu öndərimiz Heydər Əliyevlə olan görüşlərindən danışmış və Heydər Əliyevin yaradıcı insanlara olan xüsusi rəğbət və qayğısından söz açmışdır.

Zərifə xanım bu tədbirin Heydər Əliyevin bacısı Rəfiqə Əliyevanın ad günü ilə eyni günə təsadüf etdiyini söyləmiş və tədbirdə iştirak edən Rəfiqə xanımı ad günü münasibətilə təbrik etmişdir. Kitabın təqdimatından sonra Ulu öndərə həsr edilmiş “Prezident olmaq” sənədli film nümayiş etdirilmişdir.

Tədbirdə dövlət təşkilatlarının nümayəndələri, Belorusiya və Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, ictimaiyyət nümayəndələri, eyni zamanda “Əlillər Dünyası” qəzetinin təsisçisi və baş redaktoru Tahir Xudiyev iştirak etmişlər.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA