3 DEKABR - BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİLƏ İMƏCİLİK
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti kollektivi 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə iməcilik keçirəcəkdir.
İməcilik 2 dekabr 2013-cü il tarixində saat 11.00-da Nizami rayonu, Ş.Mirzəyev küçəsi-34 ünvanında keçiriləcək.
İməcilikdə 100 ədəd ağac və bəzək kollarının əkilməsi nəzərdə tutulub.
İməciliyə ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin maraqlanan hər bir kəs dəvətlidir.