10 dekabr -İnsan hüquqları günüdür

10 dekabr -İnsan hüquqları günüdür

Məlumdur ki, 1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.

Hər bir insan irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və başqa hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir. Bu bizim Konstitusiyamızda təsbit olunmuş və İctimai Birliyimizin Nizamnaməsində də öz əksini tapmışdır.

Hər bir ölkədə olduğu kimi vətəndaş cəmiyyəti dövlətin güzgüsüdür.

Məlumat üçün bildiririk ki, rəhbərlik etdiyim “Əlillər Dünyası Qəzeti Redaksiyası” MMC  hüquqi şəxs kimi 2004-cü ildən fəaliyyət göstərir. “Əlillər Dünyası” qəzetimiz  2010-cu il dən Azərbaycan Mətbuat Şurasının üzvüdür. Bu müddət ərzində qəzet  irqindən, cinsindən,   milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün kateqoriyadan olan əlillərin,  tənha qocaların və yoxsul təbəqədən olan insanların hüquqlarını müdafiə etmiş, onların həyat tərzini, qayğı və problemlərini, həmçinin onlara göstərilən köməkliyi mətbuat vasitəsi kimi ictimaiyyətin nəzər və diqqətinə çatdırmışdır. 

 

2008-ci ildən fəaliyyət göstərən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyimiz də fiziki qüsurlu insanların hüquqlarının qorunmasına həsr olunmuş monitorinqlər aparır, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, digər mədəni-kütləvi tədbirlər həyata  keçirir. Birlik öz fəaliyyətində tolerantlığı və multikulturizmi əsas götürür. Belə ki, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir kəs Birliyin üzvü ola bilər.

Birliyin əsas məqsədi dünyada yaşayan bütün kateqoriyadan olan əlil ictimai birlikləri ilə qarşılıqlı əməkdaşlıq etməkdən və təcrübə mübadiləsi aparmaqdan, bu sahədə toplanmış təcrübəni öyrənmək və respublikada tətbiq etməkdən ibarətdir. Birliyimiz müxtəlif beynəlxalq təşkilatlarla  qarşılıqlı əməkdaşlıq edir. Birliyin lideri kimi Avropa və Asiyanın, Qərbin bir çox ölkələrində olmuş, əlil problemlərinə həsr edilmiş konfrans və seminarlarda iştirak etmişəm.  İctimai Birlik həmçinin sorğular keçirərək fiziki qüsurlu  insanların qlobal problemlərinin həlli sahəsində qarşıya çıxan çətinliklərin müsbət  həlli istiqamətində aidiyyəti dövlət qurumları, yeri gəldikdə isə beynəlxalq təşkilatlar qarşısında təkliflər irəli sürür. Qəzetimiz və İctimai Birliyimiz lazım gəldikdə ictimai vəkillik edir və ictimai nəzarəti həyata keçirir. Gördüyümüz bütün işlər www.bec.az saytımızda öz əksini tapmışdır.

Azərbaycanda insan hüquq və azadlıqları dövlət səviyyəsində qorunur, qanunun aliliyi təmin olunur və hər bir vətəndaş özünü azad hesab edə bilər. Lakin hər bir cəmiyyətdə olduğu kimi bizim də cəmiyyətdə müəyyən çatışmazlıqlar var. Belə ki, bəzi məmur özbaşınalığı əhali arasında müəyyən narazılığa səbəb olur və bizim əsas fəaliyyətimizdən biri də odur ki, məmur özbaşınalığından yaranmış bu narazılıq dövlətin güzgüsü olan İctimai Birliklərdə öz əksini tapsın və aradan qaldırılması üçün müvafiq tədbirlər görülsün.

Bəzən hüququ pozulmuş hər hansı bir vətəndaş elə məmurla rastlaşır ki, o, hüququ pozulmuş insana qanunamüvafiq şəkildə kömək etmək, hüququnu bərpa etmək əvəzinə, ona yuxarıdan aşağı baxır, probleminə laqeyd yanaşır. Bu vəziyyəti görən vətəndaş öz haqqını tələb edəndə, həmin məmurda vətəndaşa qarşı kin-kidurət, şəxsi-qərəzlik yaranır. O, öz vəzifəsindən sui-istifadə edərək istər vətəndaşdan, istərsə də vətəndaş cəmiyyətinin liderindən qisas  almaq üçün  onun haqqında süni surətdə mənfi rəy formalaşdırmaq və nüfuzdan salmaq üçün müxtəlif vasitələrdən istifadə edir.

Lakin fəaliyyətimiz dövründə rastlaşdığımız əksər dövlət məmurları prezidentimizin etimadını doğruldur, öz vəzifələrini ləyaqətlə yerinə yetirir, insan hüquq və azadlıqlarına, bu sahədə Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşır, Vətəndaş  Cəmiyyətinin lideri kimi onların diqqətlərinə çatdırdığımız nöqsanların operativ həllinə çalışırlar. Hətta bildirirlər ki, bu nöqsanları nəzərimizə çatdırmaqla siz bizə dəstək və köməkçi olursunuz.

Bir İctimai Birlik kimi biz yalnız  azadlıqda olan, köməyə ehtiyac duyan əlillərə, imkansızlara deyil, hətta cəzaçəkmə müəssisələrindəki əlillərə və onların sosial köməyə ehtiyacı olan ailə üzvlərinə də daima köməklik edir,  pozulmuş hüquqlarının bərpasında onlara yardımçı oluruq. Azadlıqdakı insan müəyyən qədər öz hüquqlarını müdafiə edə bilir, lakin məhbus əlillər özlərinin və ailələrinin sosial problemlərini həll etmək iqtidarında deyillər. Fəaliyyətimiz dövründə insan hüquqlarının müdafiəsi istiqamətində gördüyümüz  işlərə 100-lərlə nümunə göstərə bilərik. Əlimizdə buna aid rəsmi faktlar və sənədlər vardır.  Təkcə son 3 ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  tərəfindən maliyyələşdirilən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində  uğurla həyata keçirdiyimiz  3 layihə buna bariz nümunədir.

Fəaliyyətimiz dövründə bəzi məmurlar tərəfindən İctimai Birliyin lideri kimi müxtəlif təzyiq və təqiblərə məruz qalsam da, səhhətimdəki ciddi problemlərə baxmayaraq, gördüyüm hər bir xeyirxah işdən zövq alıram, qürur duyuram. Bu işlər sanki mənə yaşamaq qüvvəsi verir, məni həyatda  yaşadır.

Fikrimizcə, İctimai Birlik kimi öz fəaliyyətimizlə dövlətimizin insan hüquqlarının qorunması və digər sahədə gördüyü işlərə dəstək olmaq, dövləti xalqa sevdirmək deməkdir.

Tahir Xudiyev,

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri,

2-ci qrup əlil,

Qarabağ müharibəsi veteranı

 

10 dekabr,  2013-cü il

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA