YENİ İLDƏ İLK TƏDBİR

YENİ İLDƏ İLK TƏDBİR

“Əlillər Dünyası” qəzetinin və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin 300 nəfər üzvləri, əməkdaşları və onların ailə üzvləri 8  yanvar tarixində xüsusi olaraq fiziki qüsurlu insanlar üçün Beynəlxalq Muğam Mərkəzi tərəfindən təşkil olunan konsertə dəvət olunmuşdular.

Konsertdə Muğam Müsabiqəsinin qalibləri Ehtiram Hüseynov və Vəfa Vəzirova öz mahir ifaları ilə tamaşaçılara gözəl anlar bəxş etdilər. Konsertə İctimai Birliyin respublikamızın müxtəlif bölgələrində yaşayan üzvləri gəlmişdilər.

Qeyd edək ki, “Əlillər Dünyası” qəzeti və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən tez-tez təşkil edilən bu səpkili mədəni-kütləvi təbirlər fiziki qüsurlu insanlarda xoş əhval-ruhiyyə yaratmaqla, onların həyata inteqrasiyasına müsbət təsir göstərir.

 

                                                                                Məlahət Abdullayeva

                                                                  “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in

                                                                  İdarə Heyətinin üzvü

                                                                  9 yanvar, 2014-cü il

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA