PRESS_RELIZ

Bildiririk ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində  01 aprel 2014–cü il tarixindən “Əlil məhbuslar və onların  ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layi­hə­ həyata keçirir.

Layihənin əsas məqsədi Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin həyatda rastlaşdıqları sosial problemlərinin araşdırılması və aidiyyəti dövlət təşkilatları vasitəsilə hüquqlarının təmin edilməsinə, eyni zamanda əlil məhbusların həbsdən azad olunduqdan sonra həyata adaptasiya etmələrinə dəstək olmaqdan, o cümlədən, bu istiqamətdə onlarla maarifləndirmə işi aparmaqdan ibarətdir.

3  aprel 2014-cü il tarixində “SƏSİnformasiya Agentliyində layihənin təqdimatına həsr edilmiş Mətbuat Konfransı keçirilmişdir.

Mətbuat Konfransını giriş sözü ilə açan “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev lahiyənin məqsədindən, layihə çərçivəsində görüləçək işlərdən danışmış, əlil məhbusların özlərinin və onların qayğıya ehtiyac duyan ailə üzvlərinin  sosial problemlərinin araşdırılıb onlara dəstək veriləcəyindən söz açmışdır.

Məlumat üçün bildiririk ki, Tahir Xudiyev hələ 2011-ci ildə əlil məhbusların özlərinin və onların ailə üzvlərinin sosial problemlərinin həlli ilə bir vətəndaş cəmiyətinin başçısı kimi özü şəxsən maraqlanmış, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai  Birliyinin xətti ilə  bu problemlərin müsbət həlli istiqamətində bir çox işlər görmüşdür.

2012-2013-cü ildə isə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə İctimai Birliyin həyata keçirdiyi  “Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə Şura tərəfindən İlin Uğurlu Layihələri sırasında qiymətləndirilmişdir. 

Builki layihə isə 2012-2013-cü ildə həyata keçirilən layihələrin davamı kimi əlil məhbusların və onların ailə üzvlərinin sosial problemlərinin həllinə yönəldilmişdir. Layihə zamanı eyni zamanda məhbəsdən çıxdıqdan sonra məhbusların sosial adaptasiyasına həsr ediləcək.

Mətbuat Konfransında çıxış edən Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Tural Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Elnur Bağırlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Raidə Əmirbəyova, Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov bu layihənin əhəmiyyətindən danışmış, İctimai Birliyə uğurlar arzulamışlar.

Konfransda həmçinin Azərbaycandakı Qətər Səfirliyinin Attaşesi cənab Əli əs-Subei,   KİV və QHT nümayəndələri də iştirak etmişlər.

 

         “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin

         Mətbuat xidməti

    3 aprel, 2014-cü il    

                                                                                                      

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA