PRESS_RELİZ

Bildiririk ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində 01 aprel 2014–cü il tarixindən “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layi¬hə¬ həyata keçirir. Layihənin əsas məqsədi Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin həyatda rastlaşdıqları sosial problemlərinin araşdırılması və aidiyyəti dövlət təşkilatları vasitəsilə hüquqlarının təmin edilməsinə, eyni zamanda əlil məhbusların həbsdən azad olunduqdan sonra həyata adaptasiya etmələrinə dəstək olmaqdan, o cümlədən, bu istiqamətdə onlarla maarifləndirmə işi aparmaqdan ibarətdir.

Bu məqsədlə layihənin kordinatoru Tahir Xudiyev, kordinator köməkçisi Məlahət Abdullayeva, layihədə könüllü iştirak edən Rəsmiyyə Məmmədcanova və Humay Məmmədcanlı 15 aprel tarixində 7 saylı CÇM-da cəzaçəkən imtiyazlı məhbus, məcburi köçkün Səxavət Hüseynovun öz müraciətinə əsasən qardaşı, məcburi köçkün Zaur Hüseynovun ailəsində oldular. Məhbus Səxavət Hüseynovun anası Nazilə xanım və qardaşının 4 nəfərdən ibarət olan ailəsi məcburi köçkün kimi Əhmədli qəsəbəsində uşaq bağçasında, çox pis şəraiti olan kiçik bir otaqda yaşayırlar. Ailənin ən kiçik üzvü olan, dünyaya yenicə gəlmiş körpənin doğum evində xüsusi diqqət və qayğı ilə əhatə olunmasını üçün bizim tərəfimizdən səy göstərilmiş, həmçinin evlərində olarkən onların problemləri ilə yaxından maraqlanmış və körpəyə ərazidəki 9 saylı uşaq poliklinikasında xüsusi qayğı göstərilməsi üçün Baş həkim Aidə Hüseynzadəyə müraciət etmişik. Aidə xanım isə öz növbəsində bu müraciətə müsbət yanaşmışdır. Məhbus Səxavət Hüseynov həm də öz ailəsinin sosial problemi ilə məşğul olmağımızı bizdən xahiş etmişdir. Onun ailəsi məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşmışdır. Onların sosial problemləri ilə yaxından tanış olmaq üçün “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvləri yaxın günlərdə ora ezamiyyətə getməyi planlaşdırıb.
Bundan əlavə layihə çərçivəsində Maştağa qəsəbəsində yaşayan çox uşaqlı, imkansız ailənin başçısı Həsənxan Niyətovun müraciətinə əsasən nəvəsi Xəqani Niyətova adenotomiya əməliyyatı etdirmişik. Cərrahiyyə əməliyyatı Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında həyata keçirildi.

Onu da qeyd etmək istəyirik ki, layihə çərçivəsində Qubadlı rayonundan məcburi köçkün, 1-ci qrup əlil Rasim müəllimlə görüşmüş, ona psixoloji və mənəvi dəstək olmuşuq.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA