Press-Anons
Ulu öndərimiz Heydər Əliyevin
anadan olmasının 91 illiyi münasibəti ilə iməcilik
Məlumat üçün bildiririk ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin 23 aprel 2014-cü il tarixli iclasının qərarına əsasən, Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə 7 may tarixində saat 12.00-da iməcilik keçirəcəkdir. Eyni zamanda möhtərəm Prezidentimiz İlham Əliyev cənabları qeyd etmişdir ki, “Ekologiya ili” hər il olmalıdır. İməcilik zamanı Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ofisimizin qarşısındakı bağda 1 ədəd estetik görünüşlü limon sərvi, 90 ədəd isə sərv ağacları əkiləcəkdir.
İməcilikdən öncə saat 10.00-da 100-ə yaxın Cəmiyyətimizin üzvləri, Mətbuat Şurasının üzvü olan “Əlillər Dünyası” qəzetimizin əməkdaşları və digər iməcilik iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edəcəklər.
Mətbuat xidməti
29 aprel 2014-cü il