Məhbusun məcburi köçkün ailəsində
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində həyata keçirdiyi “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layihə çərçivəsində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin əməkdaşları daha bir intiyazlı məhbusun öz xahişinə əsasən onun ailəsinin problemlərini öyrənmək üçün Biləsuvar rayonunda olmuşlar.
v7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən imtiyazlı məhbus, Füzuli rayonundan məcburi köçkün Çingiz Kərimovun həyat yoldaşı Cəbrayıl rayonundan məcburi köçkün olan Jalə Kərimova 2-ci sinif şagirdi qızı Raxşəndə ilə Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış 8-ci qəsəbədə yaşayırlar. Məhbus Çingiz Kərimov qaynar xəttimizə zəng edərək bildirmişdir ki, evləri və bütün əşyaları müəyyən səbəbdən yanımdır, Fövqəladə Hallar Nazirliyi tərəfindən ailəyə dəyən ziyan 4000 manat miqdarında dəyərləndirmişlər.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin əməkdaşları Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Biləsuvar Rayonu Mənzil Kommunal İstismarı Sahəsinin rəisi Qoşqar Məmmədov, MKİS-in əməkdaşı Nazim Fətullayev və 8 saylı qəsəbənin sahə nəzarətçisi Saday Rüstəmovla görüşmüş bu barədə ətraflı söhbət etmişlər. Sonra Saday Rüstəmovla birgə Jalə Kərimovanın evində olmuşlar. Evə birgə baxış keçirilmiş, məlum olmuşdur ki, ailəyə yenidən ev tikilmiş, xeyirxah insanlar tərəfindən yaşayış üçün lazım olan müəyyən ev əşyaları da verilmişdir. Hətta Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən miqdarda rul vəsaiti də verilmişdir. Bunu məhbus Ç.Kərimovun qaynanası, Cəbrayıl rayonundan məcburi köçkün Aybəniz Məmişova da təsdiq etdi və razılığını bildirdi. O, söylədi ki, ailənin yalnız soyuducuya ehtiyacı var. Yəqin ki, xeyirxah insanlar məcburi köçkün ailəsinin bu ehtiyacını nəzərə alarlar. Biz də öz növbəmizdə aidiyyəti dövlət qurumlarına bu barədə müraciət edəcəyik.
Layihənin kordinatoru Tahir Xudiyev söylədi ki, “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layi¬hə¬nin həyata keçirilməsində əsəs məqsəd məhz məhbusların öz ailələrindən nigaran qalmamaları üçündür.