Sərhəd bölgəsindəki məhbus ailəsinə ictimai dəstək

Sərhəd bölgəsindəki məhbus ailəsinə ictimai dəstək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində həyata keçirdiyi “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layi¬hə¬nin icrası ilə əlaqədar “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin əməkdaşları bu dəfə Ağdam rayonunun məcburi köçkünlər yaşayan Dördyol qəsəbəsində olmuşlar.

Əməkdaşlarımız əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Allahverdi oğlu Məmmədov və müavini Ağa Qəzənfər oğlu Zeynalov, Ağdam Rayon Təhsil Şöbəsinin müdir müavini Raquf Əyyub oğlu Məmmədovla görüşmüş, həyata keçirilən layihə barədə ətraflı məlumat vermişlər.

Sonra Ağdam rayonunun Dördyol qəsəbəsində yaşayan, 10 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxmış, milli münaqişə zamanı 2-ci qrup əlil olmuş, məcburi köçkün Vilayət Hüseynov, onun ailə üzvləri və qonşuları ilə görüşmüş, onun həyata adaptasiya olunması istiqamətində maarifləndirmə işləri aparılmışdır. Vilayət Hüseynov bildirdi ki, Tahir Xudiyevi hələ 10 saylı CÇM-da olarkən tanıyırdı. Dedi ki, TSEK-lərin CÇM-larda öz işini lazımı qaydada aparmadığından xəstə məhbuslar əlillik dərəcələrini ala bilmirdilər, əlil məhbuslar isə növbəti müayinələrdən vaxtında keçə bilmirdilər. DSMF tərəfindən isə pensiyalar vaxtlı-vaxtında verilmirdi. Elə məhbuslar vardı ki, hətta 10 il idi ki, pensiyasını ala bilmirdi. “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşlarının 2011-ci ildən CÇM-larda imtiyazlı məhbuslarla keçridiyi görüşlərin nəticəsi olaraq, yalnız 10 saylı CÇM-da deyil, bütün CÇM-larda cəzaçəkən imtiyazlı məhbusların illərlə pensiyalarının alınmasında qarşılaşdığı problem aradan qalxdı, TSEK-lər öz işinə məsuliyyətlə yanaşdılar.

Bundan başqa “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev 28 may Azərbaycan Demokratik Respublikasının yaranması Günü münaibətilə 10 saylı CÇM-da hələ heç vaxt görmədiyimiz konsert və əlillərin əl işlərindən ibarət sərgi təşkil etdi ki, bu da yalnız əlil məhbuslar deyil, bütün məhbuslara mənəvi köməklik oldu, ruh yüksəkliyi gətirməklə, həyata adaptasiya olunmağımıza bir növ dəstək oldu. Görüş zamanı Vilayət Hüseynov şəxsən özünün heç bir problemi olmadığını, epilepsiya və dəri xəstəliyindən əziyyət çəkən qızı Günelin müalicəsində köməklik göstərməyi xahiş etdi.

Tədbirdə iştirak edən Xeyransa Quliyevanın həyat yoldaşı hazırda məhbusdur. Məcburi köçkün, orta-ixtisas təhsilli Xeyransa Quliyeva Güllücə kənd Musiqi Məktəbində kitabxanaçı işləyir, dediyinə görə 50 manat maaş alır. Öhdəsində bir azyaşlı qızı olan X. Quliyeva maaşının çox az oldığı üçün dolanmaqda çətinlik çəkdiyini söylədi. O, maddi vəziyyətinin müəyyən qədər yaxşılaşması üçün öz ixtisasına uyğun işlə təmin olunmaq və ya heç olmasa öz iş yerində 0,5 vahiddən 1 vahidə keçirilməsini arzu etdiyini bildirdi.

Tədbirdə iştirak edən 12 saylı Ağdam tam orta məktəbinin direktoru Avtandil Məmmədov, 14 saylı məktəb-liseyin direktor müavini Mir Heydər Rəsulov “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı bu layihənin həyata keçirilməsinin məhbusların özlərinə və onların ailə üzvlərinə böyük mənəvi dəstək olduğunu, gənclərin mənəvi tərbiyəsində gözəl nümunə olmasını söylədilər. Mir Heydər Rəsulov möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının siyasi kursuna sədaqətlə xidmət edən, milli ruhlu, vətənini və dövlətini sevən Ağdam Rayonunun gənc İcra Başçısı Raqub Məmmədovun və İcra Başçısının müavini Ağa Zeynalovun gənclərin yüksək səviyyədə təhsil almasına və təlim-tərbiyəsinə böyük önəm verdiklərini vurğuladı, gələcəkdə onların bilavasitə dəstəyi ilə belə bir tədbirin məktəblərdə, kolleclərdə keçirilməsinin gənclərin mənəvi tərbiyəsində vacibliyini qeyd etdi.

Layihənin koordinatoru Tahir Xudiyev Mir Heydər müəllimin fikrinə şərik olduğunu bildirdi və söylədi ki, öz əməlinə görə cəzaçəkən məhbusun ailə üzvlərinin, ələlxüsus da övladlarının günahı yoxdur. Onları cəmiyyətdən kənarlaşdırmaq, onlardan qaçmaq olmaz. Bu onlara mənəvi zərbədir. Həyata keçirdiyimiz bu layihəmiz öz səhvləri üzündən törətdiyi cinayətə görə cəzalandırılan məhkumların ailələrinə dövlətin göstərdiyi diqqət və qayğının bir nümunəsidir.

Layihə çərçivəsində nəşr edilmiş “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı kitab maarifləndirmə məqsədilə tədbir iştirakçılarına paylandı.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA