“Gələcəyini öz əllərinlə qur”


“Əlillər Dünyası” qəzetinin təsisçisi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev və İctimai Birliyin əməkdaşları bu yaxınlarda Acan xidmətin 3 saylı filialında və «Hyatt Recensy» Hotelin Kişmiş zalında fiziki qüsurlu uşaqların əl işlərindən ibarət təşkil edilmiş sərgilərdə olmuşlar.
Hər iki sərgi “Azərsun Holdinq” və “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin xüsusi qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud olan uşaqların uşaq evlərində reabilitasiya proqramı əsasında “Gələcəyini öz əllərinlə qur” adlı layihəsi çərçivəsində təşkil edilmişdi. Uzun illər bu sahədə böyük təcrübəsi olan “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə xanımın verdiyi məlumata görə, layihə çərçivəsində İB-in əməkdaşları Daun Sindromlu Şəxslərin Assosiasiyası, Uşaq Psixo -Nevroloji, 7 saylı Əqli və Fiziki Qüsurlu Uşaqlar üçün İnternat Evinin, 5 saylı Gözdən Əlillər Xüsusi İnternat Məktəbinin uşaqlarına xalçaçılıq, toxuma, lentlərlə iş və s. bu kimi əl işləri öyrədirlər. Sərgiyə gələnlər tərəfindən bu bacarıqlı uşaqların əl işləri böyük maraqla izlənmişdir. Tahir Xudiyev söylədi ki, bu sərgilər sözün əsil mənasında başqa sərgilərdən öz zənginliyi, rəngarəngliyi, qeyri-adiliyi ilə fərqlənirdi. Bu da Azadə xanımın böyük zəhməti və əziyyəti sayəsində ərsəyə gəlmişdir. Sərgidə “Azərsun Holdinq”in Humanitar şöbəsinin müdiri Rüfət Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnformasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları üzrə təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Abşeron Rayon İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin, TUSİAB-ın, İsrail klinikasının nümayəndələri, həmçinin digər ictimaiyyət və KİV nümayəndələri də iştirak etmişlər.

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA