QHT-nin Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı gördüyü işlər

QHT-nin Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı gördüyü işlər

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti redaksiyası hər iki təşkilatın rəhbəri Tahir Xudiyevin təşkilatçılığı ilə əlil və imkansız insanların problemlərinin həlli ilə yanaşı keçirdikləri bütün tədbirlərdə vətənpərvərlik ruhunun artırılması məqsədi ilə Azərbaycan həqiqətləri və müasir zəmanəmizin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasını daim gündəmə gətirirlər.

Bu məqsədlə Azərbaycanda keçirilən tədbirlərlə yanaşı, Tahir Xudiyev Almaniyanın Köln şəhərində və Avropanın inkişaf etmiş digər şəhərlərində Xocalı soyqımı ilə bağlı tədbirlər də keçirmiş, Xocalı həqiqətləri haqqındakı kitab və bukletləri iştirakçılara paylamışdır. O cümlədən, hələ 2008-ci ildə Amerika Birləşmiş Ştatlarından aldığı dəvət zamanı Vaşinqtonda  Senatın Kitabxanasında və  Nyu-York Ştatının Sirakus şəhərində Seçki dairəsinin sədri və üzvləri arasında Azərbaycan həqiqətləri və Xocalı soyqırımı haqqında məlumat vermiş, yenə də təbliğat vasitələri paylamışdır. Qeyd edək ki, o vaxtlar seçki dairəsinin nə sədri, nə də üzvlərinin Azərbaycan və Xocalı soyqırımı  barədə heç bir məlumatı yox idi.

Fikrimizcə, Xocalı faciəsinin ildə bir dəfə ildönümünü keçirmək azdır, hər bir tədbirdə bu barədə danışılmalıdır. Xaricdə yaşayan azərbaycanlı soydaşlarımız tərəfindən yerli əhali arasında daima geniş təbliğat və təşviqat işləri aparılmalı, ən vacibi isə  orta məktəblərdə şagirdlərimizə Azərbaycan həqiqətləri və Xocalı soyqırımı daha geniş şəkildə çatdırılmalıdır.

“Əlillər Dünyası” qəzeti

22.02.2016

                                      

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA