QHT-nin ilk çərşənbə münasibəti ilə tədbiri

QHT-nin ilk çərşənbə münasibəti ilə tədbiri

Novruz bayramının ilk çərşənbəsi münasibəti ilə 23 fevral 2016-cı il tarixində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi əlil və imkansız şəxsləri və ailə üzvlərini sevindirmişdir. İctimai Birlik 200 nəfəri Beynəlxalq Muğam Mərkəzində keçirilən möhtəşəm Muğam konsertinə dəvət etmişdir. “Buta” instrumental ansanblının müşaiyəti ilə respublikada keçirilmiş Muğam Müsabiqələrinin laureatları Səbuhi İbayevin, Aytən Məhərrəmovanın, Ayşən Mehdiyevanın ifasında Azərbaycan xalq muğamları və mahnıları canlı səsləndirilmiş konsert yüksək səviyyədə keçmişdir. 

Tədbirdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev və İdarə Heyətinin üzvü, 2-ci qrup Qarabağ müharibəsi əlili Mahir Əzizov, yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1-ci qrup əlil Rasim Gənzəli, Sarvan Əmrahov, Hacı İlham Məmmədzadə iştirak etmiş, konsertə gələn əlil və imkansız şəxsləri və onların ailə üzvlərini bayram münasibəti ilə şəxsən təbrik etmişlər.

Həmişə olduğu kimi “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi üzvlərinin asudə vaxtlarının səmərəli təşkil olunması üçün  gələcəkdə də belə tədbirlərin keçirilməsini nəzərdə tutur.

 

“Əlillər Dünyası” qəzetindən

24.02.2016

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA