XOCALI-24...
Bu gün Park İnn Oteldə DADP-nin Xocalı soyqrımının 24 illiyinə həsr olunmuş tədbirində "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri Tahir Xudiyev və əməkdaşları Şahiş Zəkiyev, Esmira Şükürova da iştirak edirdilər. Tədbirdə İB-in sədr müavini və "Əlillər Dünyası" qəzetinin əməkdaşı, 2-ci qrup əlil Sarvan Əmrah çıxış edərək Xocalı soyqırımının ildə bir dəfə ildönümünü keçirməklə kifayətlənməməyi dilə gətirmişdir. Tarixin qanlı səhifələrinə yazılmış Xocalı faciəsinin dəhşətlərini hətta uşaq bağçalarından başlayaraq respublikanın bütün təhsil ocaqlarında gələcək nəslə çatdırmaq, eləcə də xarici ölkələrdə daima təbliğat işləri aparmaq lazımdır. İctimai Birliyin əməkdaşları xarici ölkələrdə hətta öz şəxsi işləri ilə əlaqədar olanda belə Azərbaycan həqiqətləri və Xocalı soyqırımını təbliğ etməyi unutmurlar.