Köhnə binaların harayı

Köhnə binaların harayı

Dəfələrlə köhnə eyvanların insanların başına uçub-tökülərək onların həyatına son qoyması mətbuatda işıqlandırılmışdır.

Nizami rayonu, Ş.Mirzəyev küçəsi - 34 ünvanında “Əlillər Dünyası” qəzeti və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin yerləşdiyi ofisin ikinci mərtəbəsindəki qonşu mənzilin eyvanı uzun müddətdir ki, çox təhlükəli, qəzalı bir vəiyyətdə idi. Bununla bağlı mənzil sahibi dəfələrlə aidiyyəti qurumları rəsmi və şifahi şəkildə məlumatlandırsa da, heç bir nəticəsi olmamışdır. Binanın yol kənarında, əhalinin çox gəlib-keçdiyi bir yerdə, hətta binanın 100 metrliyində  “Zəngi” liseyinin, Nizami Rayon Xalq Məhkəməsinin, Neft Şirkətinin İnsan Resursları Departamentinin və digər dövlət müəssisələrinin yerləşdiyini nəzərə alsaq,  bu köhnə binanın uçub-dağılmaqda olan eyvanının, oradan gəlib keçən şagirdlər, valideynlər və digər insanların həyatı üçün necə böyük bir təhlükə olduğunu təsəvvür etmək çətin deyil.

18 avqust 2014-cü il tarixində həmin köhnə binanın eyvanı nəhayət ki, uçub-dağıldı... xoş bir təsadüfdən yoldan keçənlərin başına uçmadı. Lakin hələ də asılıb qalan daş və dəmir parçaları hər an kiminsə həyatına son qoya bilər...

 

“Əlillər Dünyası” qəzetindən

19 avqust 2014-cü il

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA