Respublika miqyaslı “Dəyirmi masa”- “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası”

Respublika miqyaslı “Dəyirmi masa-

“Autizmli uşaqların cəmiyyətə inteqrasiyası”

20 noyabr Uşaq Hüqüqlarının Müdafiəsi günü ərəfəsində, noyabr ayının 19 –da Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (ARTPİ) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi (ADPYM) “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda respublika miqyaslı “Dəyirmi masa” keçirdi.

“Dəyirmi masa”nı giriş sözü ilə açan ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov  autizmin XXI əsrin qlobal problemi hesab edildiyini, dünya əhalisinin 1 faizinin, yəni 70 milyon nəfərin, Azərbaycanda isə təxminən 4000-ə yaxın uşağın autizm sindromundan əziyyət çəkdiyini  söylədi. 

Tədbirdə Millət vəkilləri Qənirə Paşayeva, Hadı Rəcəbli, Fazil Mustafa autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasının qanunvericiliklə tənzimlənməsinin vacibliyini vurğuladılar. Tədbirin təşkilarçılarından biri olan ADPYM İB-in sədri Çiçək Qəzənfərqızı və digər iştirakçılar autizmli uşaqlar və onların valideynlərinin qarşılaşdıqları çətinliklərdən, diaqnostikanın bir cox hallarda düzgün aparılmamasından,  ümumtəhsil və inklüziv təlim-tərbiyə müəssisələrinin autizmli uşaqları qəbul etməkdən cəkinmələrindən və digər bu kimi problemlərdən, həmçinin bu problemlərin həlli yollarından danışdılar.

Ombudsman Aparatının əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Gülbahar Ələsgərova, ali və xüsusi təhsil müəssisələri əməkdaşları və KİV nümayəndələrinin iştirakı ilə keçirilən Dəyirmi masada autizm sindromlu uşaqların qarşılaşdıqları problemlər, onların həlli yollarının müəyyənləşdirilməsi kimi məsələlərin Qanunvericilikdə öz əksini tapması  müzakirə olundu.

Tədbirdə iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev nəinki autizmli uşaqların, eləcə də əlilliyi olan uşaqların da ictimai həyatda tam  hüquqlu iştirakını təmin etmək üçün mövcud  çətinliklərin aradan qaldırılması yollarını tapmağın vacibliyini, autizmli uşaqlar üçün ayrıca təlim-tədris mərkəzinin yaradılmasının, bu sahədə xüsusi mütəxəssislərin hazırlanmsının vacibliyini söylədi.

Yazı çapa hazırlanarkən, Tahir Xudiyev onu da qeyd etdi ki, hər bir autizmli uşağın valideyni özü bu sahədə mütəxəssis sayıla bilər və həmin təlim-tədris mərkəzində çalışa bilərlər. Mərkəz yaradılandan sonra həmin valideynləri autizmlə bağlı təcrübə mübadiləsi üçün xarici ölkələrə də göndərmək məqsədəmüvafiq olardı. T.Xudiyev onu da xüsusi olaraq qeyd etdi ki, tədbirin təşkilatçılarından biri olan  Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu başda direktor Qulu Novruzov olmaqla hərtərəfli səriştəli, savadlı, təcrübəli, səmimi ixtisaslı kadrlardan ibarət gözəl bir kollektivə malikdir və belə bir mütəxəssilərlə autizmli, həmçinin əlilliyi olan uşaqların təhsilində olan problemlərin aradan qaldırılmasına nail olmaq olar. Lazım gəldikdə, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları onların savadından, təcrübəsindən yararlana bilərlər.

 

M.Abdullayeva  və  Ş.Zəkiyev

Əlillər Dünyası” qəzetinin əməkdaşları

19 noyabr 2015-ci il

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA