Cabir Novruz anıldı

                   

                                                    Cabir Novruz anıldı

Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti növbəti dəfə əlilliyi olan və imkansız üzvlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün tədbir keçirmişdir. Belə ki, İB-in 300 nəfərdən çox üzvləri  29 fevral tarixində Heydər Əliyev Sarayında təşkil olunmuş Azərbaycanın Xalq şairi Cabir Novruzun yaradıcılıq gecəsinə dəvət olunmuşdular. Tədbirdə unudulmaz şairin müxtəlif illərdə yazdığı şeirləri və onun sözlərinə bəstələnmiş mahnılar respublikanın tanınmış müğənniləri-İlqar Muradov, Gülyanaq Məmmədova, Mətanət İsgəndərli, Mübariz Tağıyev və s. ifasında səslənmişdir.

Yüksək səviyyədə təşkil olunmuş tədbir iştirakçılar tərəfindən çox isti qarşılanmış, iştirakçılarda xoş təəssürat yaratmışdır. Əsasən də Cabir Novruzun öz ifasında səsləndirilən “Sağlığında qiymət verin insanlara” şeri bütün zalı təsirləndirmiş və tədbir gurultulu alqışlarla yekunlaşmışdır.

“Əlillər Dünyası” qəzetindən,

01 mart 2016-cı il

 

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA