1-ci qrup Qarabağ əlili mətbuat konfransı keçirdi
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Quba rayon Zərdabi kənd sakini, 1-ci qrup Qarabağ əlili Zakir Əliyev Mətbuat Konfransı keçirdi. Konfransda Zakir Əliyev hər iki qolunu müharibədə itirməsinə baxmayaraq özünə qapanıb qalmadığını, həyatla ayaqlaşmaq, ailəsini dolandıqmaq üçün uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu söylədi. Zakir Əliyev bu yaxınlarda Xaçmaz rayonu Yalama Dəmiryol Gömrük Məntəqəsinin rəisi tərəfindən təhqir edildiyini və döyüldüyünü bildirdi. Mətbuat Konfransını keçirməkdə məqsədi də bu haqsızlığın qarşısının alınması üçün müraciət etmək idi.
Tədbirdə iştirak edən “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu”nun rəhbəri Sərraf Orucov da iştirakçılara müraciət edərək, vətən uğrunda döyüşən 1-ci qrup Qarabağ əlilinə qarşı edilən bu haqsızlığa göz yummamağa, etiraz səsini qaldıqmağa səslədi.
Tədbirdə KİV və QHT nümayəndələri, eləcə də www. azerbaycaninfo.az saytının Baş redaktoru Sübut Mehdiyev, “Əlillər Dünyası” qəzeti və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin rəhbəri Tahir Xudiyev də iştirak edirdilər.
15 mart 2016-cı il
“Əlillər Dünyası” qəzetindən