“Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri Elnarə Abdullayevanın konsertində

 

 

Bildiyiniz kimi, 26-28 mart tarixlərində Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə xanım Abdullayevanın konserti keçirilmişdir. Böyük anşlaqla keçən konsertin sonuncu günü  Elnarə xanım növbəti dəfə xeyirxah bir addım ataraq konsertə bilet almağa maddi imkanı çatmayan  bütün kateqoriyalı əlilliyi olan və imkansız pərəstişkarlarını təmənnasız olaraq konsertə dəvət etmişdir. Dəvətlilər arasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri və “Əlillər Dünyası” qəzetinin əməkdaşları da var idi. Konsertin sonunda gözdən əlil olan pərəstişkarının öz əlləri ilə düzəltdiyi gül buketini təqdim etməsi geniş ürəyə malik Elnarə xanımı çox təsirləndirdi. Konsertdə iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in səlahiyyətli nümayəndəsi və Naxçıvan MR Ordubad rayonu üzrə kordinatoru, 1-ci qrup əlil, 12 kitab müəllifi Rasim Gənzəli konsertin onlara böyük ruh yüksəkliyi bəxş etdiyini vurğulamış, bunun imkansız və əlilliyi olan insanlara Elnarə xanım tərəfindən edilmiş Novruz hədiyyəsi kimi qəbul edildiyini, həmçinin İctimai Birliyin bütün üzvləri və sədri Tahir Xudiyevin adından Elnarə xanıma, konsertin təşkilatçısı “Qafqaz Teatrı” MMC-nin direktoru Şahin Cəfərova və Baş adminstratoru Akif Mahmudova dərin minnətdarlığını  bildirmişdir.

Biz çox fəxr edirik ki, Azərbaycan incəsənətində Elnarə xanım Abdullayeva kimi yüksək səhnə mədəniyyətinə, geniş ürəyə malik, gözəl səsi və sadəliyi ilə xalqın sevgisini qazanmış sənətkarlar var.

Onu da qeyd edək ki, “Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri bu yaxınlarda Bakının müxtəlif mədəniyyət mərkəzlərində təşkil olunmuş Novruz şənliklərində də iştirak etmişlər.

 

“Əlillər Dünyası” qəzetindən,

29 mart 2016-cı il

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA