“Milli Sərvətimizdir Muğam”
“Milli Sərvətimizdir Muğam”
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri mayın 2-də Heydər Əliyev Sarayında keçirilən “Milli Sərvətimizdir Muğam” adlı konsertə dəvət olunmuşdular.
Konsertdə Respublika Muğam müsabiqələrinin laureatları, gənc və istedadlı muğam ifaçıları Ariz Hüseynov, Pərvaz İbrahimli, Könül Məmmədli, Tural Salmanov, Səbinə Ərəbli, Mehman Hüseynov, Kamil Cəfərov, Babək Quliyev, Günay İmamverdiyeva, Abgül Mirzəliyev, Kəmalə Nəsibova, Kamilə Nəbiyeva, Hüseyn Məlikov, Leyla Rəhimova, Arzu Qarabağlı, Nigar Şabanova, Vüqar Qarabağlı, Nisbət Sədrayeva, Habil Məmmədov, Sərxan Bünyadzadə və Ağaşükür Nəsirov iştirak etdilər. BƏC İB-in üzvü, 3-cü qrup əlil Mərminə Azayeva bildirdi ki, konsertin fəxri qonaqları qismində çıxış edən Respublikanın Xalq artisti Zabit Nəbizadə, Əməkdar İncəsənət Xadimi Hacı Aqil Məlikov və gənc olmalarına baxmayaraq çox istedadlı digər muğam ifaçıları öz möhtəşəm ifaları ilə dünya musiqi xəzinəsinin incisi, milli sərvətlərimizdən biri olan muğamı mənimsəmək istəyənlərə layiqli cavab verdilər.
“Əlillər Dünyası” qəzetindən,
03 .05. 2016