“Beynəlxalq Əlillər Cəmiyyəti”nin əməkdaşları AİB-in İllik Toplantısında
“Beynəlxalq Əlillər Cəmiyyəti”nin əməkdaşları
AİB-in İllik Toplantısında
“Beynəlxalq Əlillər Cəmiyyti” İctimai Birliyinin sədri və “Əlillər Dünyası” qəzetinin baş redaktoru Tahir Xudiyev və İctimai Birliyin kordinatoru və tərcüməçisi Fərhad Azayev Almaniyanın Frankfurd şəhərində keçirilən Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 49-cu İllik Toplantısında iştirak edirlər.
Fest Hollda iştirakçılarla görüşən Almaniyanın Federal Kansleri xanım Anqela Merkel Toplantını açıq elan etmiş və işində uğurlar arzulamışdır. Əməkdaşlarımız AİB-nın Prezidenti Takehiko Nakao ilə görüşərək söhbətlər aparmışlar.
Hazırda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 49-cu İllik Toplantısı davam edir.
“Əlillər Dünyası” qəzetindən,
04.05.2016