Məhkumların əl işlərindən ibarət sərgi

Məhkumların əl işlərindən ibarət sərgi

Bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində Penitensiar Xidmətin CCM-larında cəza çəkən məhkumların əl işlərindən ibarət sərgi keçirildi.

Tədbiri girış sözü ilə açan Penitensiar Xidmətin rəisi vəzifəsini icra edən, general-mayor Hüseyn Əlixanov tədbirin xeyirxah bir məqsəd daşıdığını vurğulamış, özəl müəssisə sahiblərini və digər təşkilatları məhkumların əl işlərindən gəlir götürərək özlərinə və ailələrinə kömək edə bilmələri üçün Penitensiar Xidmətlə əməkdaşlığa dəvət etmiş, məhkumların azadlığa çıxdıqdan sonra cinayət törətməməsi üçün işlə təmin olunmasının vacibliyini qeyd etmişdir. Hüseyn Əlixanov jurnalistlərin çoxsaylı suallarını cavablandırmışdır.

Müəssisənin zalında müxtəlif CCM-lardakı məhkumların bir-birindən gözəl əl işləri nümyiş etdirildi.

“Beynəlxalq Əlillər Cəmiyyti” İB-in hərbi işlər üzrə sədr müavini, təqaüddə olan polkovnik, 2-ci qrup Qarabağ müharibəsi əlili Nazir Hüseynov, BƏC İB-in İdarə Heyəti üzvü, təqaüddə olan mayor, Qarabağ müharibəsi veteranı Kamal Quliyev və İH-ın üzvü Məlahət Abdullayeva da dəvətlilər sırasında tədbirdə iştirak edirdilər. Onlar belə tədbirlərin məhkumların həyata adaptasiyasına müsbət təsir göstərməsini qeyd etdilər.

         Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in əməkdaşları hazırda Almaniyanın Frankfurt şəhərində keçirilən Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 49-cu İllik Toplantısında iştirak edirlər. Yazı çapa hazırlanarkən onlarla əlaqə saxladıq, İB-in sədri Tahir Xudiyev bildirdi ki, Almaniya Bunderstaqının deputatı Andreas Jahnla görüş zamanı İctimai Birliyin fəaliyyətindən danışarkən Penitensiar Xidmətlə olan sıx əməkdaşlıqdan, PX-ın müsbət fəaliyyətindən, həmçinin bu gün 6 saylı CÇM-da keçirilən məhkumların əl işləri sərgisindən də bəhs etmişdir.

 

“Əlillər Dünyası” qəzetindən,

04.05.2016

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA