QHT əməkdaşları Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 49-cu İllik Toplantısında iştirak etmişlər

 

                                                       

Bu yaxınlarda Almaniyanın Frankfurt şəhərində Asiya İnkişaf Bankı (AİB) Rəhbərlər Şurasının "Davamlı inkişaf naminə əməkdaşlıq" devizi altında 49-cu İllik Toplantısı keçirilmişdir. İllik Toplantıda AİB-ə üzv olan ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri və s. iştirakı edirdilər. Fest Hollda iştirakçılarla görüşən Almaniyanın Federal Kansleri xanım Anqela Merkel Toplantını açıq elan etmiş və işində uğurlar arzulamışdır.

Nəticələrə əsasən iqtisadi və sosial cəhətdən çox zəif olan ölkələrə yardımların, kreditlərin ayrılması nəzərdə tutulmuşdur.

İllik Toplantıda “Beynəlxalq Əlillər  Cəmiyyəti” İctimai Birliyinin sədri və “Əlillər Dünyası” qəzetinin təsisçisi Tahir Xudiyev və İB-in kordinatoru Fərhad Azayev də iştirak edirdilər. Əməkdaşlarımız AİB-nın Prezidenti Takehiko Nakao ilə görüşərək söhbətlər aparmışlar. Tahir Xudiyev bildirmişdir ki, İllik Toplantıda Almaniyadan və digər ölkələrdən olan sosial və təhsil sahəsində çalışan QHT rəhbərləri də iştirak edirdilər. Onlarla dostluq münasibətləri qurulmuşdur və gələcəkdə də bu istiqamətdə işlərin aparılması nəzərdə tutulur.

QHT əməkdaşları Toplantıda iştirak edən KİV nümayəndələri və digər ölkələrin səlahiyyətli nümayəndələri ilə görüşlər zamanı Azərbaycan həqiqətləri barədə danışmış, eləcə də Pakistan televiziyasına geniş müsahibə də vermişlər.

Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 50-ci İllik Toplantısının 2017-ci ildə Yaponiyada keçirilməsi qərara alınmışdır.

“Əlillər Dünyası” qəzetindən,

10 may 2016-cı il

 

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA