“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi layihə həyata keçirir

 

                                    “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi

                                                          layihə həyata keçirir

 

Bu gün “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində  həyata keçirdiyi “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının  müdafiəsi” adlı layi­hənin təqdimatını  keçirdi.

İctimai Birliyin sədri Tahir Xudiyev bildirdi ki, həyata keçirlən layihənin əsas məqsədi imtiyazlı məhbusların özlərinin və onların ailə üzvlərinin hüquqlarının müdafiə olunmasından, həmçinin  onların ailə üzvlərinin sosial problemlərinin həllinə nail olmaqla insan hüquq və azadlıqlarının qorunmasından ibarətdir. Tahir Xudiyev onu da qeyd etdi ki, məhbusların həyata adaptasiyasına hələ Cəzaçəkmə Müəssisələrindən başlamaq  lazımdır, “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının  müdafiəsi” layihəsini də bu sahədə Penitensiar Xidmətin işinə bir növ dəstək sayırıq. Belə ki, imtiyazlı məhbuslar həm CÇM-larda olarkən, həm də azadlığa çıxdıqdan sonra mənəvi dəstək gördükcə bir daha cinayət törətməməyə çalışırlar. Fikrimizcə, bunu da onların həyata adaptasiya olunmalarına,  eləcə də hüquq-mühafizə orqanlarının da işinə kömək saymaq olar.

“SƏS” İnformasiya Agentliyində keçirlən tədbirdə çıxış edən Penitensiar Xidmətin Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru mayor Qaçay Musayev  çıxışında 2011-ci ildən qarşılıqlı əməkdaşlıq edilən İctimai Birliyin imtiyazlı məhbuslarla apardıqları işi yüksək qiymətləndirmiş, bu layihənin həyata keçirilməsində də onlara uğurlar arzulamışdır.

Tədbirdə çıxış edənlər- “Erməni Təcavüzünün Tanıdılması” İB-in sədri, yazıçı-publisist, Qarabağ veteranı Səriyyə Cəfərova, İB-in hərbi işlər üzrə sədr müavini, 2-ci qrup Qarabağ əlili, təqaüddə olan polkovnik Nazir Hüseynov, İB-in hüquqşünası, Qarabağ veteranı, təqaüddə olan mayor Kamal Quliyev, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktor müavini Fizulu Kərimov və başqaları da bu layihənin mahiyyətinin böyüklüyündən, İB-in bu sahədə gördükləri işlərin vacibliyindən danışdılar.

 

“Əlillər Dünyası” qəzetindən,

17 may  2016-cı il         

                                                                          

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA