Moskva Dövlət Humanitar İqtisad Universitetinin 25 illiyi

Bu günlərdə Moskva Dövlət Humanitar İqtisad Universitetinin 25 illiyi qeyd olundu. Bu Universitet MDB məkanında yeganə universitetdir ki, orada fiziki imkanları məhdud olan tələbələr üçün xüsusi şərait yaradılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu münasibətlə Universitetdə keçirilən böyük tədbirdə iştirak etmişdir. Rektor Vaqif Bayramov Universitetdə fiziki imkanları məhdud olan tələbələrin rahat hərəkət etmələri və təhsil almaları üçün lazımi şəraitin olmasından danışdı. Vaqif müəllim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 9 il əvvəl də Universitetin qonağı olmasından, Universitetin 20 illiyi munasibəti ilə o vaxt Leyla Əliyevanın təşəbbüsü ilə kompyuter otağının müasir texnologiyalarla təchiz olunmasından, linqvistika otağına yeni avadanlıqların hədiyyə edildiyindən danışdı. Vaqif Bayramov Azərbaycanla Rusiya arasında təhsil sahəsindəki xidmətlərinə və fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasına verdiyi töhfəyə görə Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomunu Leyla Əliyevaya təqdim etdi.

Tədbirdən əvvəl Leyla Əliyeva Universitetin tələbə və müəllim kollektivi ilə görüşmüşdür. Həmin görüşdə rektor Vaqif Bayramov həmyerlimiz, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvü, 2-ci qrup əlil, Universitetin 1-ci kurs tələbəsi Ümid Cümşüdovu xüsusi olaraq Leyla xanıma təqdim etmiş, Ümidin istedadlı bir tələbə olduğunu, gözəl əl işlərinin olmasını da qeyd  etmişdir. Bu, xüsusi istedada malik olan Leyla xanımda böyük maraq və rəğbət hissi yaratmışdır.

Onu da bildirək ki, Ümidin bu Universitetdə təhsil almasında İctimai Birliyin böyük dəstəyi olmuşdur.

Tədbirdə Universitetin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmiş, tələbələrin iştirakı ilə konsert verilmişdir.

“Əlillər Dünyası” qəzetindən,

21 may 2016-cı il

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA