“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə Moskva Dövlət Humanitar-İqtisad Universiteti arasında saziş imzalandı

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinin əməkdaşları bu günlərdə Rusiya Federasiyası Moskva Dövlət Humanitar-İqtisad Universiteti (MDHİU) ilə qarşılıqlı əməkdaşlıq barədə saziş imzalayıblar. Bu yaxınlarda  25 illiyini qeyd edən MDHİU MDB məkanında yeganə universitetdir ki, orada fiziki imkanları məhdud olan tələbələr üçün xüsusi şərait yaradılmışdır.

MDHİU-nin rektoru, professor Vaqif Bayramov və hər iki təşkilatın rəhbəri, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Tahir Xudiyev imzalanma mərasimində çıxış edərək bu əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın gənc nəslin tolerantlıq, multikultiralizm ruhunda tərbiyə olunmasında, başqa xalqların və millətlərin nümayəndələrinə hörmətlə yanaşmasında böyük rolu olacağına ümid etdiklərini vurğuladılar.

İmzalanma prossesində iştirak edən İctimai Birliyin İdarə Heyəti üzvü, BDU-nun kafedra müdiri, professor İradə Hüseynova və İctimai Birliyin Hüquq şöbəsinin rəhbəri, ədliyyə müşaviri Fərman Rzayev də bu əməkdaşlığın hər iki tərəf üçün, ələlxüsus da əlilliyi olan uşaqların lazımı təhsil almasına, eləcə də xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə stimul verəcəyini söylədilər. Tarix elmləri doktoru, professor İradə xanım müəllifi olduğu “Гейдар Алиев-от политического руководителя к общенациональному лидеру» («Heydər Əliyev-siyasi rəhbərdən ümummilli liderədək”), «Heydər Əliyev və Qafqazda sülh prossesi”, “Историческая энциклопедия Кавказа» («Qafqazın tarixi ensiklopediyası”), “История народов Кавказа» («Qafqaz xalqlarının tarixi”), “Tarix, zaman, düşüncələr” adlı elmi monoqrafiyalarını Universitetin kitabxanasına hədiyyə etdi.

Tədbirdə Universitetin elmi-tədqiqat işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, dosent Natalya Orexovskaya, təlim-tərbiyə işləri üzrə prorektor, pedaqoji elmlər namizədi, professor Valeri Zozulya və digər əməkdaşlar iştirak edirdilər.

Sonda tədbir iştirakçılarına ziyafət verildi, Moskvanın tarixi yerləri ziyarət olundu.

 

“Əlillər Dünyası” qəzetindən

01.07.2016

 

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA