Ağdamın işğalından 23 il ötür...

 

İyirmi üç il bundan əvvəl-1993-cü ildə  Ağdam rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə təkcə Ağdam rayonu 6 min şəhid vermiş, 100-lələ insan əlil olmuş, 10 minlərlə sakini öz ev-eşiklərindən didərgin düşmüşlər.

Bununla bağlı  iyulun 23-də “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin 10-larla üzvləri “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyəti ilə birgə Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Onlar Türkiyədən gələn 15 nəfərə yaxın türk qardaşlarımızla birgə 1918-ci ildə Bakının erməni daşnaklarının hücumundan və azərbaycan xalqının soyqırımından müdafiəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşaraq şəhidlik zirvəsinə yüksələn türk qardaşlarımızın da məzarlarını ziyarət etmişlər.  Tədbirdə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova da iştirak edirdi.

“Əlillər Dünyası” qəzeti,

25 iyul 2016-cı il

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA