QHT-nin ömürlük həbsə məhkum olunmuş 2-ci qrup Qarabağ əlilinə ictimai dəstəyi

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə  həyata keçirdiyi “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının  müdafiəsi” layi­həsi­ çərçivəsində bir çox imtiyazlı məhbusların problemlərinin müsbət həllinə nail olmuşdur.

Hələ 2015-ci ildə ofisdə fəaliyyət göstərən “Qaynar xətt”ə Şabran rayonundan Xanlar Mirzəyev zəng edərək qardaşı, 2-ci qrup Qarabağ əlili İmran Mirzəyevə köməklik göstərməyi İctimai Birlikdən xahiş etmişdir. 

   2-ci qrup Qarabağ müharibəsi əlili, hazırda Qobustan qapalı tipli CÇM-da cəzaçəkən İmran Mirzəyevin ailə üzvlərinin dediklərinə görə, məhbus İmran Mirzəyev  ailə münaqişəsi zəminində törətdiyi cinayətə görə ömürlük həbsə məhkum edilmişdir. Bu hadisə vaxtı öz qaynanasını və qaynını odlu silahla qətlə yetirən İmran Mirzəyevin həyat yoldaşı, 3 oğul anası  Xanım Mirzəyeva  söhbət zamanı bildirmişdir ki, anasının və qardaşının ölümünə səbəbkar anasının özü olmuşdur. Anasının daima yerli-yersiz onların ailəsinə müdaxilə etdiyini, ailəsini dağıtmaq istədiyini, daima onların evinə dava saldığını bildirmişdir. İllərlə davam edən bu münaqişə nəhayət belə bir faciəli sonluqla bitib. Xanım Mirzəyeva ağır kontuziya keçirmiş 2-ci qrup Qarabağ müharibəsi əlili olan həyat yoldaşı məhbus İmran Mirzəyevin ömürlük həbs cəzasını müddətli cəza növü ilə əvəz edilməsi xahişlərini aidiyyəti dövlət təşkilatlarına və ölkə rəhbərliyinə çatdırmaqda onlara köməklik göstərməyi İctimai Birlikdən xahiş etmişdir.

O vaxtdan İB-in əməkdaşları dəfələrlə imtiyazlı məhbus İmran Mirzəyevin ailəsində olmuş, hadisə ilə yerində maraqlanmış, İmran Mirzəyevin anasını, həyat yoldaşını və qardaşını dinləmiş, qonşular, İmranın döyüş yoldaşları, qohumları ilə görüşmüş və onların xahişi ilə ailəsinin hər bir problemlərinin həlli üçün aidiyyəti dövlət qurumlarına müraciətlər etmişdir. Ailəsinin öz evləri belə yox idi. “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi imtiyazlı məhbus İmran Mirzəyevin həqiqətən də vətənpərvər, milli ruhlu, zəhmətkeş, ailəcanlı, vicdanlı bir insan olduğunu, vətən uğrunda gedən döyüşlərdə ağır yaralanaraq kontuziya almasını, islah edilə biləcək məhkum olduğunu nəzərə alaraq bu məsələni ictimailəşdirmişdir. İB tərəfindən 2-ci qrup Qarabağ əlili, ömürlük həbsə məhkum edilmiş İmran Mirzəyevin əhf olunması, ailəsinin evlə təmin olunması üçün aidiyyəti dövlət təşkilatlarına müraciətlər edilmişdir. O vaxtdan imtiyazlı məhbusun qardaşı daima İB-lə əlaqə saxlayır. Bu yaxınlarda o, yenidən zəng edib imtiyazlı məhbus  İmran Mirzəyevin Şabran rayonunda yaşayan ailəsinin  Qarabağ müharibəsi əlili ailəsi kimi mənzillə təmin olunduğunu bildirdi. Xanlar Mirzəyev bu işdə İB-in əməkdalarının əməyinin olmasını söylədi və təşəkkürünü bildirdi.

Avqust ayının 6-da “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi” layihəsi çərçivəsində “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in əməkdaşları yenidən Şabran şəhərində olmuş, ömürlük həbsə məhkum olunmuş İmran Mirzəyevin yeni evində ailə üzvləri ilə görüşmüşlər.

Məhbus İmran Mirzəyevin qardaşı Xanlar, həyat yoldaşı Xanım və övladları daima onlara göstərdikləri mənəvi, psixoloji dəstəyə görə, ailənin yeni evlə təmin olunmasında və  məhbus İmran Mirzəyevə törətdiyi cinayətə görə təyin edilmiş ömürlük həbs cəzasının müddətli cəza növü ilə əvəz olunması xahişini iştimailəşdirdiyi üçün “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşlarına öz təşəkkürlərini bildirmişlər. Həmçinin 2-ci qrup Qarabağ əlili, ömürlük həbsə məhkum edilmiş İmran Mirzəyevin cəzasının yüngülləşdirilməsi üçün möhtərəm prezidentimiz İlham Əliyev cənablarının köməklik göstərəcəyənə ümüd edirlər. 

Bu görüşdə İctimai Birliyin sədri və layihənin rəhbəri Tahir Xudiyevlə yanaşı İB-in əməkdaşlıq etdiyi Hüquq və İnsan Haqları İnstitutunun direktor müavini, layihədə könüllü iştirak edən Füzuli Kərimov da iştirak edirdi.

“Əlillər Dünyası” qəzetindən

07 avqust  2016-cı il

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA