İmtiyazlı məhbusun sevinci və minnətdarlığı

                     

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 2011-ci ildən qarşılıqlı əməkdaşlıq etdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Cəza Çəkmə Müəssisələrindəki imtiyazlı məhbusların özlərinin və onların ailə üzvlərinin sosial və tibbi problemlərinin həlli istiqamətində həm layihə, həm də layihədənkənar vaxtlarda mütəmadi olaraq  işlər aparır. Bunun üçün ofisdə Qaynar xətt də fəaliyyət göstərir.

Məlumat verdiyimiz kimi, hazırda İctimai Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının  müdafiəsi” adlı layi­hə­ həyata keçirir.

Bu günlərdə İmişli rayon sakini, 2-ci qrup əlil Niyaməddin Səmədov İctimai Birliyin ofisinə gəlmişdir. Niyaməddin əvvəllər 7 saylı CÇM-da cəzaçəkmişdir. Bu yaxınlarda möhtərəm Prezidentimiz tərəfindən əhf olunanlardan biridir.

Niyaməddin söylədi ki, 2011-ci ildə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin  əməkdaşları 7 saylı CÇM-ya gəlib onların problemləri ilə maraqlanarkən o da böyük ümidlə onlara yaxınlaşıb özünün və ailəsinin problemlərini söyləyib. Qısa bir zamanda İB-in əməkdaşları tərəfindən bu problemlərin həllini görüb. Niyaməddinin sözlərinə görə İB-in əməkdaşları  dəfələrlə onun maddi və mənəvi sıxıntı içərisində yaşayan ailəsində olmuş, atasının əməliyyat olunmasına, özünün əlilliyə görə pensiyasının alınmasına və digər məsələlərin həllinə, ən başlıcası isə hazırda Niyaməddinin azadlığa çıxmasına dəstək olublar. Belə ki, İB tərəfindən Niyaməddin Səmədovun əhf olnması üçün aidiyyəti dövlət təşkilatlarına olunan müraciətlər müsbət nəticə verib. Niyəməddin hazırda cəzasının qalan hissəsini azadlıqda çəkmək şərti ilə azadlığa buraxılıb, özünün və ailəsinin sivincini İB-in əməkdaşları ilə bölüşməyə gəlib.

Niyəməddin bildirdi ki, İctimai Birliyin yalnız onun deyil, digər imtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin də etdiyi müraciətlərə laqeyd qalmamasının, 10-larla əlilliyi olan məhbusların pensiyalarının  vaxtlı-vaxtında alınmasında, ehtiyacı olan məhbusların protezlərlə təmin olunmasında, onların ailə üzvlərinin müalicəsində, ünvanlı sosial yardım almalarında, azadlığa çıxdıqdan sonra həyata adaptasiyasında necə böyük dəstək olmasının şahididir.

Niyaməddin Səmədov ictimai fəaliyyətə böyük önəm verən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, gördüyü xeyirxahlıqla dolu işlərə görə sədr Tahir Xudiyevin simasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyin bütün kollektivinə, həmçinin gördüyü işlərdə İctimai Birliyə dəstək olan aidiyyəti dövlət qurumlarına özünün və ailəsinin münnətdarlığını bildirmişdir.

Sonda Niyaməddin Səmədov həm də şəhid Tariyel Mirəliyevin maddi və mənəvi cəhətdən köməyə ehtiyacı olan ailəsinin problemlərinin həllində köməklik göstərməsini İctimai Birlikdən xahiş etmişdir.

 

“Əlillər Dünyası” qəzetidən

26. 06.2016

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA