QHT daha bir məhbus ailəsini sevindirdi
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi” adlı layihə həyata keçirir.
Layihənin icraçıları həbsdən yenicə azad edilmiş və hazırda Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış Təzə Qəsəbədə yaşayan Mətləb Hümbətovun öz müraciətinə əsasən onun probleminin həlli ilə məşğul oldular. İB-in əməkdaşları və layihədə könüllü iştirak edən, “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyəti üzvü, 2-ci qrup Qarabağ əlili, ehtiyatda olan polkovnik Nazir Hüseynov problemlə yerində maraqlanmaq üçün bu yaxınlarda Bərdə şəhərində olmuşlar. M. Hüseynov müəyyən obyektiv və subyektiv səbəblərdən öz şəxsiyyət vəsiqəsini və azadlığa çıxdıqdan sonra dövlət tərəfindən verilən birdəfəlik müavinətinin alınmasında çətinlik çəkdiyini bildirmişdi. İB-in əməkdaşları M. Hüseynovun yuxarıda göstərilən hər iki problemini birbaşa müsbət həll etmişlər.
Mətləb Hüseynovun həyat yoldaşı ofisdə fəaliyyət göstərən Qaynar xəttə zəng edərək bu xeyirxahlıq üçün İB-in bütün kollektivinə təşəkkürünü bildirmişdir.
Mətləb Hüseynov isə iyulun 26-da Bakı şəhərinə İB-in ofisinə gələrək özünə və digər imtiyazlı məhbuslara göstərdikləri köməkliyə görə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər Dünyası” qəzetinin əməkdaşlarına təşəkkürünü bildirmişdir.
Ələlxüsus da möhtərəm Prezidentimizin məhbusların həyata adaptasiyası ilə bağlı göstərdiyi xüsusi diqqətə görə öz minnətdarlığını bildirməyi xahiş etmişdir.
“Əlillər Dünyası” qəzetidən,
27. 07.2016