“Xəzər ulduzları -8"

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Mədəniyyət Şöbəsinin nəzdində Sayad Quliyevanın rəhbərliyi ilə “Xəzər ulduzları” adlı uşaqlardan ibarət rəqs dərnəyi fəaliyyət göstərir. “Xəzər ulduzları” İctimai Birliyin təşkil etdiyi və eləcə də digər tədbirlərdə böyük məharətlə öz rəqslərini nümayiş etdirirlər.

İyulun 26-da Sumqayıt şəhərində yerləşən N.Nərimanov adına Mədəniyyət Evində “Xəzər ulduzları” 8 illik yubileyini gözəl konsert proqramı ilə qeyd etdi. Tədbirdə uşaqlar milli rəqslərimizlə yanaşı dünya xalqlarının da rəqslərini böyük məharətlə, yüksək profesionallıqla ifa etdilər. Rəqslərin quruluşu gənc olmasına baxmayaraq, çox istedadlı xoreoqraf Kamil Ağazadəyə məxsusdur. Kamil Ağazadə özü də çıxışında bu işindən böyük zövq aldığını, bunun ona həyatda stimul verdiyini bildirdi. Kamil həm də gənc müğənni kimi gözəl səsə malikdir. Tədbirdə Kamil Ağazadə və digər gənc müğənnilər çıxış etdilər.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Novxanı Nümayəndəliyinin rəhbəri Lalə Abuzərova öz çıxışında “Xəzər ulduzları”na və Kamil Ağazadəyə uğurlar arzuladı, İB-in sədri Tahir Xudiyevə onları yenə də tək qoymayaraq verdiyi mənəvi dəstəyə görə, eləcə də imkansız və əlilliyi olan insanların özlərinə və ailə üzvlərinə  göstərdiyi daimi diqqət və qayğıya görə təşəkkürünü bildirdi.

İB-in sədri Tahir Xudiyev çıxışında bildirdi ki, etiraf etmək lazımdır ki, Kamil Ağazadə gözəl səsə malik gənc müğənni olmaqla yanaşı, istedadlı müəllim kimi əlilliyi olan və imkansız ailələrin uşaqlarından ibarət olan bu dərnəyin yüksək səviyyədə fəaliyyət göstərməsində böyük zəhmət çəkmişdir. Tahir Xudiyev bu yaxınlarda İB-in dəstəyi ilə “Xəzər ulduzları”nın xarici ölkədə festifalda iştirak edəcəyini də bildirdi. Bu, uşaqların və valideynlərin sevincinə səbəb oldu. Tahir Xudiyev həm də tədbir iştirakçılarına, xüsusilə də başda xeyirxah insan Xatirə Cabbarzadə olmaqla  tədbirdə çəkiliş aparan AMEA-nın “ElmTV” İnternet Televiziyasının əməkdaşlarına öz təşəkkürünü bildirdi.

Sonda “Xəzər ulduzları”na Kamil Ağazadənin hazırladığı diplom və fəxri fərmanlar təqdim edildi. Diplomları və fəxri fərmanları Tahir Xudiyev, Lalə Abuzərova, Sayad Quliyeva, İB–in hərbi işlər üzrə sədr müavini, ehtiyatda olan polkovnik Nazir Hüseynov, Sumqayıt şəhər Mədəniyyət Evinin direktoru Elnarə Rəşidova təqdim etdilər.

Tədbirdə valideynlər, ictimaiyyət və KİV nümayəndələri ilə yanaşı “Əlillər Dünyası” qəzetinin əməkdaşları da iştirak edirdilər.

Onu da qeyd edək ki, konsertdə Kamil Ağazadənin hazırladığı Azərbaycan folklar rəqsləri ilə bağlı film də nümayış etdirildi.

 

“Əlillər Dünyası” qəzetindən,

27.07.2016

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA