“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 4 ay davam edən layihəni başa çatdırdı
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi” adlı layihə həyata keçirmişdir.
Bu gün “SƏS” İnformasiya Agentliyində layihənin yekununa həsr edilmiş Mətbuat Konfransı keçirilmişdir.
Layihənin rəhbəri və İctimai Birliyin sədri Tahir Xudiyev hesabat xarakterli çıxışında bildirmişdir ki, 4 ay davam edən layihə zamanı 11 nəfər imtiyazlı məhbusların hüquq və azadlıqlarının müafiəsinə nail olunmuşdur. Onların həm Cəzaçəkmə Müəssisələrində olanda, həm də azadlığa çıxdıqdan sonra həyata adaptasiyasına köməklik göstərilmişdir.
Həyata keçirilən layihə boyu İB-ya həm birbaşa, həm də ofisdə fəaliyyət göstərən “Qaynar xətt” vasitəsi ilə müraciət edən hər bir kəsin problemlərinin həlli ilə yanaşı onlarla maarifləndirmə işləri də aparılmışdır. Hüquqları, eyni zamanda vəzifələri də onlara aydınlaşdırlmışdır. Bu da onların cəmiyyətə mümkün qədər çox inteqraisya etmələrinə köməklikdir. Həmçinin onlarla aparılan mənəvi-psixoloji söhbətlər də onların özlərinə qapanmaması, cəmiyyətə yararlı olmaları və həyata adaptasiya etmələrinə dəstəkdir.
Tahir Xudiyev onu da qeyd etmişdir ki, layihənin icrası zamanı maarifləndirmə tədbirlərinə də xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə İB tərəfindən hazırlanmış elektron kitabla yanaşı, Penitensiar Xidmətin CÇM-larının Kitabxanalarına 100-ə yaxın bədii ədəbiyyat da verilmişdir. Layihənin rəhbəri və İB-in digər üzvləri kitabları Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri, polkovnik Mehman Sadıqova təqdim etmişlər.
Tədbirdə iştirak edən Ombudsman Aparatının Hüquqi Maarifləndirmə Sektorunun müdiri Müqalib Mahmudov çıxışında bildirmişdir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB nəinki imtiyazlı məhbusların, eləcə də mütxəlif kateqoriyadan olan digər əlilliyi olan şəxslərin sosial problemlərinin həllində daima köməklik göstərir. Müqalib Mahmudov onu da qeyd etmişdir ki, cəzanın məqsədi yalnız cinayətkarı cəzalandırmaq deyil, həm də sosial ədalətin bərpasına nail olmaqdan, məhbusların islah olunmasına, eləcə də gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınmasından ibarətdir. Müqalib Mahmudov bu işdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB tərəfindən hazırlanmış və təqdimatında iştirak etdiyi “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı elektron kitabını laynız imtiyazlı məhbusların deyil, digər insanların da maarifləndirlməsi işində dəyərli vəsait hesab etdiyini bildirmişdir.
Çıxış edənlər-“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in hüquqşünası, layihədə könüllü iştirak edən, ehtiyatda olan mayor Kamal Quliyev, HİHİ-nun direktor müavini Füzuli Kərimov, İB-in Novxanı Nümayəndəliyinin rəhbəri Lalə Abuzərova, İB-in Mədəniyyət şöbəsinin rəhbəri Sayad Quliyeva, Qarabağ müharibəsi veteranı, məcburi köçkün Niyazi Qəhrəmanov və başqaları bu layihənin icrasını yüksək qiymələndirmiş, İB-ya uğurlar arzulamışlar.
Sonda Tahir Xudiyev onu da qeyd etdi ki, yalnız imtiyazlı məhbusların və onların ailə üzvlərinin deyil, müxtəlif kateqoriyalı əlilliyi olan insanların da sosial problemlərinin müsbət həllində edilən hər bir köməklik dövlətimizin sosial siyasətinə göstərilən ictimai dəstəkdir.
Mətbuat Konfransında ictimaiyyət və KİV nümayəndələri də iştirak edirdi.
http://sia.az/ru/news/world/558534-beynelxalq-eliller-cemiyyeti-ictimai-birliyinin-layihesi-basa-catdi
https://www.youtube.com/watch?v=TrkkJ5USppk
“Əlillər Dünyası” qəzetindən
09 avqust 2016-cı il